MÜSƏLMAN QADININ ÜSTÜN ŞƏXSİYYƏTİ

Səmimiyyət, insanın daxili ilə  xaricinin bir olması, ürəyində hiss etdiklərini qarşısındakı insana da olduğu kimi əks etdirməsi, çox dürüst, açıq və dəqiq olmasıdır. Səmimi insanın bütün hərəkətləri  təbii  şəkildədir və bu təbiilik də insanlar üzərində çox dərin və müsbət bir təsir meydana gətirir. Ancaq  insanların çoxu, səmimiyyətin bu gücündən və təsirindən xəbərsizdir. Bu səbəblə də, ancaq səmimiyyət ilə qazanıla bilən bu xüsusiyyətləri çox fərqli davranışlarda axtarırlar. Bəzi insanlar qarşılarındakı kəslərə təsir etmək üçün süniliyə müraciət edirlər. O adamın ən çox hansı hərəkətlərdən, hansı düşüncələrdən təsirlənəcəyini düşünürlərsə, istəmədikləri, ya da o cür  düşünmədikləri halda, qarşı tərəfi məmnun edə bilmək üçün o cür  görünməyə çalışırlar. Ya da çəkinmədən bir-birlərinə yalan danışıb aldada bilir, bir insan haqqındakı mənfi qənaətlərini gizləyib, soruşulduğunda tam tərsinə məlumat verə bilirlər.

Müsəlman bir qadın isə ürəyindəki Allah qorxusu səbəbiylə bu cür rəftarlardan diqqətlə  çəkinər. Heç zaman kiçik mənfəətlər uğruna insanların məmnuniyyətini qazanmağa çalışmaz. Bütün bunların, insanı həm Allah Qatında , həm də insanların gözündə hörmətdən salacaq sadə hərəkətlər olduğunu bilər və heç zaman bu keyfiyyətsiz hərəkətlərə  tənəzzül etməz. Məqsədi həyatının hər anında Allahın razılığını qazana biləcəyi ümid edilən davranışlar etməkdir. Müsəlman qadın Allahın bəyəndiyi əxlaqın ancaq səmimiyyət ilə yaşana biləcəyini bilməkdədir. Allahın

 

“Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir.” (Şura Surəsi, 24)

 

ayəsiylə bildirdiyi kimi, insanların ürəklərində gizlədiklərini bildiyinin də şüurundadır.

2010-08-08 16:52:44
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top