QADINLIQ VƏZİFƏSİ MƏNTİQİ

Quranı əsas götürməyərək yaşayan cahiliyyə qadınlarının sevgi anlayışında “qadınlıq vəzifəsi” məntiqi vardır. Bu məntiqdə qadının yoldaşına olan sevgisi  təqvasından qaynaqlanan dərin sevgiyə görə olmaz. Sevgi adı altında gündəlik, həftəlik məsuliyyətlər yerinə yetirilir. İman etməyən bir qadın insanların razılığını və ya öz mənfəətlərini güdərək yaşadığı üçün əsl sevgini həyatında yaratmamışdır. Bu səbəbdən süni yaşayar.   Bu həyatın müəyyən olunmuş qaydaları vardır. Bu qaydalar qadının paltar ütüləməsini, paltar yumasını, yemək bişirməsini, uşaqlara baxmasını sanki zəruri edir. Qadın bunları edə bilmədiyində özünü əskik hiss edir. Halbuki iman edən üçün sevgi yalnız təqvaya (Allah qorxusuna) bağlı  olandır. Sevginin meydana gəlməsi üçün yerinə yetirilməli  qaydalar yoxdur. Əksinə, Müsəlman bunların heç birini edə bilmədiyi zaman, xəstə və baxıma möhtac vəziyyətdə olsa da, yenə sevilər. Çünki Müsəlmanlar bir-birlərini Allahın təcəllisi və sonsuz axirət yoldaşı olaraq görərlər.    Sevilmək üçün gözəl, güclü və ya zəngin olmaq lazım deyil. Müsəlman təbii halı ilə sevilər. İman etməyən bir insan bu əhəmiyyətli həqiqəti qavraya bilməz və yaşaya bilməz. Bu səbəbdən, ətrafında cəmiyyətin əksəriyyətinin qəbul etdiyi qaydalara tabe olduğunu düşünərək xoşbəxt olmaz və həyatı boyu da Allah sevgisindən qaynaqlanan əsl sevgini heç yaşaya bilmədən süni həyat sürər. 2010-08-08 16:20:11
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top