Qadının cəmiyyətdəki yeri haqqında, dünyanın demək olar ki, hər ölkəsində əsrlərdən bəri davam edən mübahisələr şübhəsiz hər cəmiyyət üçün tanışdır. Qadının cəmiyyətdəki statusu, ailə həyatındakı əhəmiyyəti, işləyib-işləməməsi kimi bəzi ictimai mövzular illərdir dünya gündəmində əhəmiyyətli bir yer tutmaqdadır. Halbuki bir Müsəlman üçün, qadının cəmiyyətdəki yeri çox açıqdır və gerçək İslam əxlaqının mənimsəndiyi bir cəmiyyətdə belə bir mübahisə yaratması mümkün deyil. Çünki İslamda qadın ilə kişi bərabərdir.
Qadın və kişi əlbəttə ki, fiziki mənada bir-birlərindən fərqli strukturlara sahibdirlər. Ancaq qadının fiziki olaraq, kişiyə nisbətlə daha gücsüz olması, onun cəmiyyət içərisində kişidən daha az dəyər görməsi üçün bir səbəb deyil. İslam əxlaqına görə, əsl əhəmiyyətli olan bir insanın qadın ya da kişi olması deyil, Allaha dərin bir iman və Allah qorxusuyla bağlanmış olmasıdır. Allahın əmr və qadağalarını qoruması, Quran əxlaqını ən gözəl şəkildə yaşaması lazımdır. İnsanın bu xüsusiyyətlərinə Allah Qatında dəyər veriləcək. Allah Quranda qadın olsun kişi olsun iman edən bir kimsənin sahib olmalı olduğu xüsusiyyətləri belə açıqlamışdır:
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə Surəsi, 71)
Allahın ayədə bildirdiyi kimi, mömin qadınlar və mömin kişilər eyni məsuliyyətlərə sahibdirlər. Allaha ibadət etməklə, Quran əxlaqını yaşamaqla, insanlara yaxşılığı əmr edib pisliyə mane olmaqla və Quranda bildirilən bütün əmr və tövsiyələrə tabe olmaqla məsuldurlar. Allah Quranın
"Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir." (Ənfal Surəsi, 29)
ayəsində, Allahdan qorxub çəkinən hər insana, 'doğrunu səhvdən ayıran bir nur və anlayış' verəcəyini vəd etmişdir. Bu adamın qadın, ya da kişi olması işin nəticəsini dəyişdirməməkdədir. Səmimiyyətinə, ixlasına və imanına qarşılıq olaraq, Allah bir insana həyatın hər sahəsində özünü doğru yola çatdıracaq, doğru qərarlar almasını və məqsədəuyğun davranışlar etməsini təmin edəcək bir ağıl verməkdədir. Bu səbəbdən ağıl, insanın cinsiyyətinə görə deyil, tamamilə Allaha olan səmimi bağlılığına, yaxınlığına və qorxusuna görə inkişaf etməkdədir.
İmanın özünə qazandırdığı ağıl ilə hərəkət edən hər insan, qadın olsun kişi olsun, həyata dair hər mövzuda müvəffəqiyyət əldə edə bilər, bir çox insana görə önə də keçə bilər. Bu tamamilə insanın, istəyinə, şövqünə və əzminə bağlıdır. İman edənlər İslam əxlaqının bir gərəyi olaraq, özlərini heç bir zaman heç bir mövzuda kafi görməzlər. Daim daha ağıllı, daha qabiliyyətli, daha məsuliyyət sahibi, daha şəxsiyyətli, daha gözəl əxlaqlı insanlar ola bilmək üçün səy göstərərlər. Özlərini hər mövzuda güclərinin çatdığı nisbətdə inkişaf etdirməyə çalışarlar. Allah, iman edənlərin, ətraflarındakı bütün insanlara nümunə ola biləcək bir xarakterə sahib ola bilmək üçün Özünə dua etdiklərini bildirməkdədir:
Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” (Furqan Surəsi, 74)
Həyatı boyunca hər mövzuda əlindən gələnin ən yaxşısını etməyə və şəxsiyyətiylə, əxlaqıyla və səyiylə bütün insanlara nümunə olmağa çalışan mömin bir qadın da, -Allahın icazəsiylə- cəmiyyət içərisində də üstün bir mövqeyə gələr. Boynuna götürdüyü hər cür məsuliyyəti ən yaxşı şəkildə yerinə yetirər, ən doğru qərarları alar, ən gözəl nəticələri və ən ağıllı qərarları çıxarar.
Göründüyü kimi, İslam əxlaqında qadın ilə kişinin cəmiyyətdəki yeri tamamilə bərabərdir. Qadın, ya da kişi olsun, bu tamamilə insanın Allaha olan imanının gücü ilə, əxlaqıyla, şəxsiyyətiylə və boynuna götürdüyü məsuliyyətlərlə ön plana çıxmasına bağlıdır. Bu səbəblə də İslam əxlaqını mənimsəyən qadınlar üçün, kişilərə yönəlmiş bir bərabərlik mübarizəsi deyil, bunun yerinə 'xeyirlərdə yarışma' əxlaqı əsasdır. Xeyirlərdə yarışmaq, iman edənlərin, həyatlarının hər anında Allahın razılığını qazana bilmək üçün əllərindən gələn səyin ən çoxunu göstərmələridir. Bu məqsədləri üçün, Allahın ən sevdiyi, ən razı olduğu və Allaha ən yaxın adam ola bilmək üçün xeyirlərdə yarışarlar. Ancaq bu yarış, tamamilə Rəhmanı bir yarışdır. Allah möminləri dünyada və axirətdə önə keçirən xüsusiyyətin bu istiqamətdə göstərdikləri səy olduğunu Quranda belə bildirməkdədir:
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun Surəsi, 61)
Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Fatır Surəsi, 32)
Qadın və kişi arasındakı bərabərlik, Allahın qadına və kişiyə dünya həyatındakı imtahan müddətində bərabər haqqlar verməsindən də aydın olmaqdadır.
"Biz yer üzündə olan hər şeyi onun özünə məxsus bir bəzək timsalında etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək." (Kəhf Surəsi, 7)
“Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Ənbiya Surəsi, 35)
ayələriylə Allah, kimlərin daha gözəl əməl sahibi olduğunun ortaya çıxması üçün, qadını da kişini də sınamaqda olduğunu bildirmişdir. Bir başqa ayədə isə Allah
“Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.” (Bəqərə Surəsi, 155)
şəklində bildirərək, həyatlarının sonuna qədər qadını da, kişini də müxtəlif hadisələrlə sınayacağını, bütün bunlara səbir göstərə bilənlərə isə rəhmətiylə cavab verəcəyini xəbər vermişdir.
Allah qadına da, kişiyə də müəyyən bir ömür müddəti təyin etmiş, hər ikisini də Qurandan məsul tutmuş, hər ikisinə də həyatlarının hər anında özlərinə doğrunu ilham edəcək bir vicdan vermiş, nəfsi və şeytanı hər ikisinə düşmən etmişdir. Dünya həyatındakı imtahanın gərəyi olaraq, bütün bu şərtlər qarşısında qadın ya da kişi olsun hər kim gözəl əxlaq göstərib saleh əməllər etsə, Allah o kəslərin dünyada və axirətdə ən gözəl qarşılığı tapacaqlarını bildirmişdir:
2010-08-08 16:07:53“Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kə-sin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edə-cəyəm. (Bu, )Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır”. (Ali-İmran Surəsi, 195)