DİGƏR TƏKAMÜLÇÜ İDDİALAR DA ETİBARSIZDIR

Bir elm adamı olaraq aldığım təhsil boyu, elmin hər hansı bir şüurlu yaradılış anlayışı ilə uyğunlaşa bilməyəcəyinə dair çox güclü bir təlqinə məruz qaldım. Bu anlayışa qarşı şiddətlə qarşı çıxmaq lazım idi... Amma bu anda, Tanrıya inanmağı tələb edən şərh qarşısında, ortaya qoyulacaq heç bir ağıllı arqument tapa bilmirəm... Biz həmişə açıq bir zehinlə düşünməyə alışdıq və indi həyata gətirilə biləcək tək məntiqli cavabın yaradılış olduğu nəticəsinə çatırıq, təsadüfi qarışıqlıqlar deyil. (Riyaziyyat və Astronomiya Professoru  Chandra Wickramasinghe, Interview en London Daily Express, 14 Avqust 1981)

 

Əvvəlki hissələrdə, təkamül nəzəriyyəsinin etibarsızlığını qalıq elminin və molekulyar biologiyanın ortaya qoyduğu dəlillərlə araşdırdıq. Bu hissədə isə, təkamülçülərin nəzəriyyələrinə dəlil olaraq göstərməyə çalışdıqları bəzi bioloji hadisə, ya da anlayışları ələ alacağıq. Bu mövzular, həm təkamülü dəstəkləyən heç bir elmi tapıntı olmadığını göstərmələri, həm də təkamülçülərin nə cür böyük təhrif etmə və göz bağlamaya müraciət etdiklərini açıqlamaları baxımından əhəmiyyətlidir.

 

Variasiyalar Və Növlər Arasındakı Aşılmaz Sərhədlər

Variasiya, genetika elmində istifadə edilən bir termindir və "növlərə ayrılma" deməkdir. Bu genetik hadisə, bir canlı növünün içindəki fərdlərin ya da qrupların, bir-birlərindən fərqli xüsusiyyətlərə sahib olmasına səbəb olur. Məsələn yer üzündəki insanların hamısı təməldə eyni genetik məlumata sahibdirlər, amma bu genetik məlumatın icazə verdiyi variasiya potensialı sayəsində bəzisi qıyıq gözlüdür, bəzisi qırmızı saçlıdır, bəzisinin burnu uzun, bəzisinin boyu qısadır.

 

   Növlərdəki Variasiyalar Təkamül Deyil

Növlərin Mənşəyində Darvin iki anlayışı bir-birinə qarışdırmışdı: Bir növ içindəki variasiyalar və yeni bir növün meydana gəlməsini. Darvin məsələn, it növünün içindəki müxtəlifliyi müşahidə etdi və bu variasiyaların bir gün başqa bir növə çevriləcəklərini düşündü. Hal-hazırda belə təkamülçülər bir növ içindəki variasiyaları təkamül olaraq göstərməyə çalışmaqdadırlar.  Ancaq növ içindəki variasiyaların təkamül olmadığı elmi bir gerçəkdir. Məsələn, təbiətdə neçə it növü olduğu heç əhəmiyyətli deyil, çünki bunların hamısı daim it olaraq qalacaqdır. Bir növdən digər bir növə keçid qətiyyən meydana gəlməyəcək.

 

Təkamülçülər isə, bir növün içindəki variasiyaları nəzəriyyəyə dəlil olaraq göstərməyə çalışırlar. Halbuki variasiya təkamülə dəlil olmaz, çünki variasiya, onsuz da var olan genetik məlumatın fərqli uyğunlaşmalarının ortaya çıxmasından ibarətdir və genetik məlumata yeni bir xüsusiyyət qazandırmaz.

Variasiya hər zaman genetik məlumatın sərhədləri içində olur. Genetika elmində sözü gedən sərhədə "gen hovuzu" deyilir. Bir canlı növünün gen hovuzunda olan bütün xüsusiyyətləri, variasiya sayəsində müxtəlif formalarda ortaya çıxa bilər. Məsələn variasiya nəticəsində, bir sürünən növünün içində quyruğu digərinə görə bir az daha uzun, ya da bir az daha qısa olan cinslər ortaya çıxa bilər, çünki qısa ayaq məlumatı da, uzun ayaq məlumatı da sürünənlərin gen hovuzunda vardır. Amma variasiya sürünənlərə qanad taxıb, tük əlavə edib, maddələr mübadiləsini dəyişdirib onları quşa çevirə bilməz. Çünki bu cür bir çevrilmə canlının genetik məlumatında bir artım olmasını tələb edir, lakin variasiyalarda belə bir vəziyyət mümkün deyil.

Darvin, nəzəriyyəsini ortaya atdığında bu gerçəyin fərqində deyildi. Variasiyaların bir sərhədi olmadığını sanırdı. 1844-cü ildə yazdığı bir yazısında, "çoxu yazıçı təbiətdəki variasiyanın bir sərhədi olduğunu qəbul edir, amma mən bu düşüncənin əsaslandığı tək bir konkret səbəb belə görə bilmirəm" demişdi.  (Loren Eiseley, The Immense Journey, Vintage Books, 1958, s. 186)

Növlərin Mənşəyi adlı kitabında da müxtəlif variasiya nümunələrini nəzəriyyəsinin ən böyük dəlili kimi göstərmişdi. Məsələn Darvinə görə; daha bol süd verən inək cinsləri yetişdirmək üçün fərqli inək variasiyalarını cütləşdirən maldarlar, nəhayətdə inəkləri başqa bir canlı növünə çevirəcəkdilər. Darvinin, bu "sərhədsiz dəyişmə" fikrini ən yaxşı ifadə edən isə, Növlərin Mənşəyi adlı kitabında yazdığı bu cümlə idi:

Bir ayı cinsinin təbii seleksiya yoluyla gedərək daha çox suda yaşamağa uyğun xüsusiyyətlər əldə etməsində, gedərək daha böyük ağızlara sahib olmasında və nəhayət bu canlının nəhəng bir balinaya çevrilməsində heç bir çətinlik görə bilmirəm. .( Charles Darvin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 184)

 

AYILAR BALİNALARA ÇEVRİLƏ BİLƏRMİ?!.

Darvin, Növlərin Mənşəyi adlı kitabında, balinaların üzmək üçün çalışan ayılardan təkamülləşdiyini iddia etmişdi! Bunun səbəbi, Darvinin bir canlı növü içindəki dəyişmələri sərhədsiz sanması idi. 20-ci əsrin elmi, təxəyyülə əsaslanan bu təkamülçü ssenariləri etibarsız etdi.

Darvinin bu cür iddialı nümunələr verməsinin səbəbi, yaşadığı əsrin primitiv elm anlayışı idi. 20-ci əsr elmi isə, canlılar üzərində aparılan  təcrübələr nəticəsində "genetik dəyişməzlik" (genetik homoestatis) deyilən bir qanunu ortaya çıxardı. Bu qanun, bir canlı növünü dəyişdirmək üçün edilən bütün uyğunlaşdırma (fərqli variasiya meydana gətirmə) səylərinin nəticəsiz qaldığını, canlı növləri arasında aşılmaz divarlar olduğunu ortaya qoyurdu. Yəni fərqli inək variasiyalarını cütləşdirən maldarların  nəhayətdə inəkləri Darvinin iddia etdiyi kimi başqa bir növə çevirmələri, qətiyyən mümkün deyildi.

Darvin Retried adlı kitabıyla Darvinizmin etibarsızlığını ortaya qoyan Norman Macbeth bu mövzuda belə yazır: Problem canlıların həqiqətən də sərhədsiz bir şəkildə variasiya göstərib göstərmədikləridir... Növlər hər zaman üçün sabitdirlər. Yetişdiricilərin yetişdirdikləri dəyişik bitki və heyvan cinslərinin müəyyən bir nöqtədən irəli getmədiyini, hətta həmişə orijinal formalarına geri döndüyünü bilirik... (Norman Macbeth, Darvin Retried: An Appeal to Reason, Harvard Common Press, New York: 1971, s. 33 )

Heyvan saxlanılması sahəsindəki dünyanın ən əhəmiyyətli mütəxəssislərindən biri sayılan Luther Burbank bu gerçəyi, "bir canlıda meydana gələ biləcək inkişafın bir sərhədi vardır və bu qanun, bütün yaşayan canlıları təyin olunmuş bəzi sərhədlər  içində sabit saxlayır" deyərək ifadə etməkdədir. (Norman Macbeth, Darvin Retried: An Appeal to Reason, s. 36)

Danimarkalı elm adamı W. L, Johannsen isə bu mövzuda belə deyir: Darvinin bütün vurğusunu üzərinə qoyduğu variasiyalar, gerçəkdə müəyyən bir nöqtənin irəlisinə apara bilməzlər və bu səbəblə variasiyalar 'davamlı dəyişmənin (təkamülün) səbəbini meydana gətirməzlər. (Loren Eiseley, The Immense Journey, Vintage Books, 1958. s 227. )

Darvinin Galapagos adalarında gördüyü fərqli alacəhrələr də eyni şəkildə təkamülə dəlil olmayan bir variasiya nümunəsidir. Son illərdə aparılan müşahidələr, alacəhrələrdə Darvinin nəzəriyyəsinin nəzərdə tutduğu kimi sərhədsiz bir dəyişmə yaşanmadığını ortaya qoymuşdur. Həm də, Darvinin 14 ayrı növ olaraq təyin etdiyi fərqli alacəhrə tiplərinin çoxu, əslində bir-birləri ilə cütləşə bilən, yəni eyni növün üzvləri olan variasiyalardır. Elmi müşahidələr, demək olar ki, hər təkamülçü qaynaqda əfsanələşdirilərək izah edilən "alacəhrə dimdikləri" nümunəsinin, gerçəkdə bir "variasiya" nümunəsi olduğunu, yəni təkamül nəzəriyyəsinə dəlil meydana gətirmədiyini göstərməkdədir. Galapagos Adalarına "Darwinistik təkamülün dəlillərini tapmaq" üçün gedən və adalardakı alacəhrə növlərini uzun illər boyunca müşahidə edən Peter və Rosemary Grantın məşhur işləri, adada bir "təkamül" yaşanmadığını sənədləşdirməkdən başqa bir nəticə verməmişdir. .(Jonathan Wells, Icons of Evolution, 2000, s. 159-175 )

 

Antibiotik Müqaviməti Və DDT İmmuniteti Təkamülə Dəlil Deyil

Təkamülçülər tərəfindən nəzəriyyələrinə dəlil olaraq göstərilmək istənilən bioloji faktlardan biri, bakteriyaların antibiotik müqavimətdir. Təkamül nəzəriyyəsini dəstəkləyən bir çox qaynaq, antibiotik müqavimətini "faydalı mutasiyaların canlıları inkişaf etdirməsinə dair bir nümunə" olaraq göstərir. Bənzər bir iddia, DDT kimi böcək öldürən dərmanlara qarşı immunitet əmələ gətirən böcəklər üçün də irəli sürülür.

Halbuki bu mövzuda da təkamülçülər yanılmaqdadırlar.

Antibiotiklər, bəzi mikro orqanizmlər tərəfindən digər mikro orqanizmlərə qarşı döyüşmək üzrə düzəldilən "öldürücü molekullardır". İlk antibiotik, 1928-ci ildə Aleksandr Fleming tərəfindən kəşf edilən penisillindir. Fleming, kif göbələyinin (mold), Staphylococcus bakteriyasını öldürən bir molekul çıxardığını kəşf etmiş və bu görüş tibb dünyasında yeni bir cığır açmışdır. Mikro orqanizmlərdən alınan antibiotiklər müxtəlif bakteriyalara qarşı istifadə edilmiş və müvəffəqiyyətli nəticələr alınmışdır. Ancaq bir müddət sonra bir gerçək fərq edilmişdir: Bakteriyalar antibiotiklərə qarşı zamanla immunitet qazanmaqdadırlar. Bunun mexanizmi isə belə işləməkdədir: Antibiotikə məruz qalan bakteriyaların böyük qismi ölməkdə, amma bəziləri bu antibiotikdən təsirlənməməkdə və bunlar sürətlə çoxalaraq bütün populyasiyanı meydana gətirməkdədirlər. Beləcə bütün populyasiya, antibiotikə müqavimətli hala gəlməkdədir.

Təkamülçülər bu faktı, "bakteriyaların şərtlərə uyğunlaşıb təkamülləşməsi" olaraq göstərmə səyindədirlər. Halbuki hadisə bu səthi təkamülçü qiymətləndirmədən daha fərqli şəkildə reallaşmaqdadır. Bu mövzuda ən detallı işləri görən adlardan biri, 1997-ci ildə nəşr olunan Not By Chance adlı kitabıyla tanınan İsrailli biofizikçi Dr. Lee Spetnerdir. Spetner, bakteriya immunitetinin iki fərqli mexanizm ilə təmin edildiyini, amma bunların ikisinin də təkamül nəzəriyyəsinə heç bir dəlil meydana gətirmədiyini izah edir. Bu iki mexanizm:

1) Bakteriyalarda onsuz da var olan müqavimət genlərinin köçürülməsi və

2) Mutasiya nəticəsində genetik məlumat itkisinə uğrayan bakteriyaların antibiotikə müqavimət qazanmasıdır.

Spetner, 2001 tarixli bir məqaləsində ilk mexanizmi belə açıqlamaqdadır:

 

 Təkamülçülərin, bakteriyaların antibiotik müqavimətini təkamülə dəlil göstərmələri bir aldatmacadan ibarətdir.

Bəzi mikro orqanizmlər, antibiotiklərə müqavimət göstərən genlərə sahibdir. Bu immunitet, antibiotik molekulunun formasını pozması və ya onu hüceyrədən çölə atması sayəsində reallaşır. Bu genlərə sahib olan orqanizmlər bunu digər bakteriyalara transfer edərək onlara da immunitet qazandıra bilirlər. İmmunitet mexanizmi müəyyən bir antibiotikə aid olsa da, bir çox patoqenik bakteriya... fərqli gen dəstləri əldə etməyi və müxtəlif bakteriyalara qarşı immunitet qazanmağı bacarmışdır. ( Dr. Lee Spetner, "Lee Spetner/Edward Max Dialogue: Continuing an exchange with Dr. Edward E. Max", 2001, http://www.trueorigin.org/spetner2.asp)

Prof. Spetner bunun bir "təkamül dəlili" olmadığını isə belə açıqlayır:

Antibiotik immunitetinin bu şəkildə əldə edilməsi... təkamül üçün dəlil meydana gətirməsi gözlənilən mutasiyalar üçün bir prototip (nümunə) meydana gətirməz. Nəzəriyyəni (təkamülü) sərgiləyən mutasiyalar, bakteriyanın genomuna məlumat əlavə edən genetik dəyişikliklər deyil; bu dəyişikliklər eyni zamanda bütün biokozma (bioloji dünyaya) məlumat əlavə etməlidir. Genlərin üfüqi transferi, onsuz da bəzi növlərdə olan genetik bir məlumatı paylamaqdadır. Dr. Lee Spetner, http://www.trueorigin.org/spetner2.asp

Yəni ortalıqda bir təkamül yoxdur, çünki yeni bir genetik məlumat ortaya çıxmamaqda, yalnız onsuz da daha əvvəldən var olan bir genetik məlumat bakteriyalar arasında transfer edilməkdədir.

İmmunitetin ikinci növü, yəni mutasiya nəticəsində ortaya çıxan immunitet də bir təkamül nümunəsi deyil. Spetner mövzunu belə açıqlayır: Bəzən də bir mikroorqanizm, tək bir nükleotidin (DNT pilləsinin) təsadüfi olaraq yer dəyişdirməsi nəticəsində bir antibiotikə qarşı immunitet əldə edir... İlk dəfə Waksman və Albert Schatz tərəfindən 1944-cü ildə qeyd edilənStreptomisin (Streptomycin), bakteriyaların bu yolla immunitet qazana bildiyi bir antibiotikdir. Amma hər nə qədər keçirdiyi mutasiya, streptomisinin olduğu halda mikroorqanizmə faydalı olsa da, yenə də bu, neo-Darvinist nəzəriyyə tərəfindən ehtiyacı duyulan mutasiya növü üçün bir nümunə meydana gətirməz. Streptomisinə immunitet təmin edən mutasiyanın təsiri ribosomda ortaya çıxır və bu mutasiya, antibiotik molekulu ilə ribosom arasındakı molekulyar uyğunlaşmanı pozur. Dr. Lee Spetner, http://www.trueorigin.org/spetner2.asp

Spetner, bu hadisəni Not  By Chance adlı kitabında kilid-açar əlaqəsinin pozulmasına bənzətməkdədir. Streptomisin, bir kilidin açarı kimi, bakteriyaların ribosomuna yapışır və bu ribosomu təsirsiz hala gətirir. Mutasiya isə ribosomun şəklini pozmaqda və bu vəziyyətdə streptomisin ribosoma yapışa bilməməkdədir. Bu, "bakteriya streptomisinə qarşı immunitet qazandı" kimi şərh olunsa da, əslində bakteriya üçün bir qazanc deyil itkidir. Spetner yuxarıdakı sətirlərinə belə davam edir: Ortaya çıxır ki, (ribosomun quruluşundakı) bu pozulma, bir spesifiklik (müəyyən bir işə görə xüsusiləşmə) azalması, yəni bir informasiya (məlumat) itkisidir. Əsl nöqtə budur ki, (təkamül) bu kimi mutasiyalar ilə təmin edilə bilməz, bu mutasiyalar nə qədər çox olursa olsun. Təkamülün, spesifikliyini azaldan mutasiyalarla inşa edilməsi mümkün deyil. Dr. Lee Spetner, http://www.trueorigin.org/spetner2.asp

Mövzunun xülasəsi budur: Bakteriyanın ribosomunu dəyişdirən bir mutasiya, bu bakteriyanı Streptomisinə qarşı müqavimətli hala gətirə bilir. Amma bunun səbəbi, mutasiyanın ribosomu "pozması"dır. Yəni bakteriyaya bir genetik məlumat əlavə olunmamaqdadır. Əksinə ribosomunun quruluşu pozulmaqdadır, gerçəkdə bir mənada bakteriya "şikəst" hala gəlməkdədir. (Necə ki, bu mutasiyanı keçirən bakteriyaların ribosomunun normal bakteriyalara görə daha səmərəsiz olduğu təyin olunmuşdur.) Bu "şikəstlik", ribosoma yapışacaq şəkildə bir dizayna sahib olan antibiotiki əngəllədiyi üçün, ortaya "antibiotik immuniteti" çıxmaqdadır.

Nəticədə ortada "genetik məlumatı inkişaf etdirən" bir mutasiya nümunəsi yoxdur. Antibiotik müqavimətini təkamülə dəlil kimi göstərmək istəyən təkamülçülər, mövzunu çox səthi bir şəkildə qiymətləndirməkdə və yanılmaqdadırlar.

DDT və buna bənzər dərmanlara qarşı böcəklərdə yaranan immunitetdə də eyni vəziyyət yaranmaqdadır. Bu immunitet nümunələrinin çoxunda, onsuz da daha əvvəldən var olan immunitet genləri istifadə edilməkdədir. Təkamülçü bioloq Francisco Ayala; "böcək zəhərlərinin ən əhatəli növlərinə qarşı göstərilən immunitet, bu insan tərəfindən istehsal olunan maddələr böcəklərə tətbiq olunduğunda, o böcək növünün müxtəlif genetik variasiyalarında açıqca var idi" deyərək bu gerçəyi qəbul edir. (F. J. Ayala, "The Mechanisms of Evolution", Scientific American, dəri 239, Sentyabr 1978, s. 64)

Mutasiya ilə açıqlanan digər bəzi nümunələr isə, eynilə yuxarıda izah edilən ribosom mutasiyasında olduğu kimi, böcəklərdə "genetik məlumat itkisi"nə səbəb olan faktlardır.

Bu halda bakteriya və böcəklərdəki immunitet mexanizmlərinin təkamül nəzəriyyəsinə dəlil olduğu irəli sürülə bilməz. Çünki təkamül nəzəriyyəsi, canlıların mutasiyalar yoluyla inkişaf etdikləri iddiasına əsaslanır. Spetner, nə antibiotik immunitetinin, nə də bir başqa bioloji faktın belə bir mutasiya nümunəsi göstərmədiyini belə açıqlayır: Makrotəkamülün ehtiyac duyduğu mutasiyalar heç zaman müşahidə edilməmişdir. neo-Darvinist nəzəriyyə tərəfindən ehtiyac duyulan təsadüfi mutasiyaları təmsil edə biləcək, molekulyar səviyyədə araşdırılmış heç bir mutasiyanın genetik məlumat əlavə etdiyi görülməmişdir. Araşdırdığım sual "müşahidə edilmiş mutasiyalar, nəzəriyyənin dəstək tapmaq üçün ehtiyac duyduğu mutasiyalardırmı" sualıdır. Cavab "XEYR"dir.  (Dr. Lee Spetner, http://www.trueorigin.org/spetner2.asp )

 

Korlaşmış Orqanlar Yanılması

Təkamül ədəbiyyatında uzun bir müddət yer alan, amma etibarsızlığı aydın olduqdan sonra səssiz sədasız bir kənara buraxılan iddialardan biri, "korlaşmış orqanlar" anlayışıdır. Ancaq bir qisim yerli təkamülçü, "korlaşmış orqanlar"ı hələ  də təkamülün böyük bir dəlili sanmaqda və elə göstərməyə çalışmaqdadırlar.

Korlaşmış orqanlar iddiası bundan bir əsr qədər əvvəl ortaya atılmışdı. İddiaya görə, canlıların bədənlərində atalarından özlərinə miras qalmış, ancaq istifadə edilmədikləri üçün zamanla korlaşmış funksiyasız orqanlar var idi.

Bu qətiyyən elmi bir iddia deyildi, çünki məlumat əskikliyinə əsaslanırdı. "Funksiyasız orqanlar", əslində "funksiyası təsbit edilə bilməmiş" orqanlar idi. Bunun ən yaxşı göstəricisi də, təkamülçülər tərəfindən sadalanan uzun "korlaşmış orqanlar" siyahısının gedərək kiçilməsi oldu. Özü də bir təkamülçü olan S. R. Scadding, Evolutionary Theory (Təkamülçü Nəzəriyyə) jurnalında yazdığı "Korlaşmış Orqanlar Təkamülə Dəlil Meydana gətirərmi?" başlıqlı məqaləsində bu gerçəyi belə qəbul edir:

Təkamül ədəbiyyatında uzun bir müddət yer alan, amma etibarsızlığı aydın olduqdan sonra səssiz sədasız bir kənara buraxılan iddialardan biri, "korlaşmış orqanlar" anlayışıdır. Darvin tərəfindən "korlaşmış orqan" olaraq xarakterizə edilən gözdəki yarım ay şəklindəki çıxıntının gözün təmizlənməsi və nəmləndirilməsi işinə yaradığı aydın oldu.

(Biologiya haqqındakı) məlumatımız artdıqca, korlaşmış orqanlar siyahısı da gedərək kiçildi... Bir orqanın funksiyasız olduğunu təsbit etmək mümkün olmadığına və onsuz da korlaşmış orqanlar iddiası elmi bir xüsusiyyət daşımadığına görə, "korlaşmış orqanlar"ın təkamül nəzəriyyəsi lehində hər hansı bir dəlil meydana gətirə bilməyəcəyi nəticəsinə çatıram.

Alman anatomiyaçısı R. Wiedersheim tərəfindən 1895-ci ildə ortaya atılan "korlaşmış insan orqanları" siyahısı, appendisit, quyruq hissəsi sümüyü kimi təxminən 100 orqanı ehtiva edirdi. Ancaq elm irəlilədikcə, Wiedersheimin siyahısındakı orqanların hamısının bədəndə çox əhəmiyyətli funksiyalara sahib olduğu ortaya çıxdı. Məsələn "korlaşmış orqan" sayılan appendisitin, gerçəkdə bədənə girən mikroblara qarşı mübarizə aparan linfa sisteminin bir parçası olduğu təyin olundu. Bu gerçək, 1997-ci il tarixli bir  tibb qaynağında belə ifadə edilir: "Bədəndəki timus, qaraciyər, dalaq, appendisit, sümük iliyi kimi başqa orqanlar linfatik sistemin parçalarıdır. Bunlar da bədənin infeksiya ilə mübarizəsinə kömək edir." The Merck Manual of Medical Information, Home edition, New Jersey: Merck & Co., Inc. The Merck Publishing Group, Rahway, 1997

Eyni "korlaşmış orqanlar" siyahısında yer alan badamcıqların isə boğazı, xüsusilə yetkin yaşlara qədər, infeksiyalara qarşı qorumada əhəmiyyətli rol oynadığı kəşf edildi. Onurğanın sonunu meydana gətirən quyruq hissəsinin, ləyənsümüyü ətrafındakı sümüklərə də dəstək olduğu və kiçik bəzi əzələlərin yapışma nöqtəsi olduğu aydın oldu. İrəliləyən illərdə yenə "korlaşmış orqanlar" olaraq sayılan timüs vəzinin T hüceyrələrini hərəkətə keçirərək bədənin müdafiə sistemini aktiv hala gətirdiyi; pineal vəzin əhəmiyyətli hormonların çıxarılmasından məsul olduğu; tiroid vəzinin körpələrdə və uşaqlarda balanslı bir böyüməni təmin etdiyi; pitüiter vəzin də bir çox hormon vəzinin doğru işləməsinə nəzarət etdiyi ortaya çıxdı. Darvin tərəfindən "korlaşmış orqan" olaraq xarakterizə edilən gözdəki yarım ay şəklindəki çıxıntının isə gözün təmizlənməsi və nəmləndirilməsi işinə yaradığı aydın oldu.

Korlaşmış orqanlar iddiasında təkamülçülərin etdikləri çox əhəmiyyətli bir də məntiq səhvi vardı. Bildiyimiz kimi təkamülçülər tərəfindən ortaya atılan iddia, canlılardakı korlaşmış orqanların keçmişdəki atalarından miras qaldığı idi. Halbuki "korlaşmış orqan" olduğu deyilən bəzi orqanlar, insanın atası olduğu iddia edilən canlılarda yoxdur! Məsələn təkamülçülər tərəfindən insanın atası olduğu deyilən bəzi meymunlarda appendisit olmur. Korlaşmış orqanlar tezisinə qarşı çıxan bioloq H. Enoch bu məntiq səhvini belə dilə gətirməkdədir: İnsanların appendisiti vardır. Ancaq daha qədim ataları olan alt meymunlarda appendisit olmaz. Sürpriz bir şəkildə appendisit, daha infrastrukturlu məməlilərdə, məsələn opossumlarda təkrar meydana çıxır. Elə isə təkamül nəzəriyyəsi bunu necə açıqlaya bilər? (H. Enoch, Creation and Evolution, New York: 1966, s. 18-19)

Qısacası təkamülçülər tərəfindən ortaya atılan korlaşmış orqanlar ssenarisi öz içində həm məntiq səhvləri ehtiva etməkdədir, həm də elmi olaraq səhvdir. İnsanlarda, sözdə atalarından miras qalmış olan heç bir korlaşmış orqan yoxdur. Çünki insanlar digər canlılardan təsadüflərlə törəməmiş, bu günkü hallarıyla əskiksiz və mükəmməl bir şəkildə yaradılmışlar.

2010-08-08 15:50:13
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top