CANLILAR ALƏMİ YER ÜZÜNDƏ BİRDƏN-BİRƏ VƏ MÜKƏMMƏL ŞƏKİLDƏ MEYDANA ÇIXIB
"Canlılar dünya üzərində ya tamamilə mükəmməl və əskiksiz şəkildə ortaya çıxmışlar, ya da özlərindən əvvəl yaşayan bəzi canlı növlərindən təkamülləşərək meydana gəlmişlər. Əgər əskiksiz və mükəmməl şəkildə ortaya çıxmışlarsa, o halda üstün bir ağıl tərəfindən yaradılmış olmaları lazımdır. "Douglas Futuyma
Yer təbəqələri və qalıqlar araşdırıldığı zaman, yer üzündəki canlı həyatının birdən-birə ortaya çıxdığı aşkar edilir. Kompleks canlı varlıqların qalıqlarına rast gəlinən ən dərin yer təbəqəsi - 520-530 milyon yaşı olduğu hesab edilən "Kembri" təbəqəsidir. Kembri qayalıqlarında olan qalıqlar ilbizlər, trilobitlər, süngərlər, soxulcanlar, meduzalar,dəniz ulduzları, qabıqlı dəniz canlıları, dəniz zanbaqları kimi onurğasız növlərə aiddir. Maraqlısı budur ki, bir-birindən fərqlənən bu növlərin hamısı bir anda və heç bir ataları olmadan ortaya çıxmışlar. Buna görə geoloji ədəbiyyatda bu möcüzəvi hadisə "Kembri partlayışı" adlanır. Bu təbəqədəki canlıların çoxunda müasir nümunələrindən heç bir fərqi olmayan göz, qəlsəmə, qan dövranı kimi kompleks sistemlər, inkişaf etmiş fizioloji strukturlar mövcuddur.
Məsələn: trilobitlərin cüt pətəkvari göz quruluşu dizayn möcüzəsidir. Harvard, Roçester və Çikaqo Universitetlərinin geologiya professoru David Raup "Trilobitlərin gözü ancaq bu dövrdə yaxşı təhsil almış və son dərəcə qabiliyyətli optik mühəndis tərəfindən təkmilləşdirilən dizayna sahib idi" deyir. Bu kompleks struktura malik olan onurğasızlar özlərindən əvvəl yer üzündəki yeganə canlılar olan təkhüceyrəli orqanizmlərlə aralarında heç bir əlaqə, ya da keçid forması tapılmadan birdən-birə və əskiksiz şəkildə ortaya çıxıblar. Təkamül ədəbiyyatının məşhur “Yerşünaslıq” (Earth Sciences) jurnalının redaktoru Riçard Monestarski təkamülçüləri heyrətə salan "Kembri partlayışı" haqqında bu məlumatları verir: Bu gün gördüyümüz kompleks heyvan formaları birdən-birə ortaya çıxıblar. Bu, Kembri dövrünün əvvəlinə təsadüf edir ki, dənizlərin və yer üzünün ilk kompleks varlıqlarla dolması bu təkamüllü partlayışla başlamışdır. Hazırda dünyanın hər tərəfinə yayılan onurğasızlar sinfi erkən Kembri dövründə artıq var idilər və bu gün də olduğu kimi bir-birlərindən çox fərqli idirlər. (Richard Monestarsky, "Mysteries of the Orient", Discover, Aprel 1993, s. 40)
Kembri partlayışı araşdırıldıqca, bunun təkamül nəzəriyyəsi üçün nə qədər çətin olduğu daha açıq şəkildə ortaya çıxır. Son illərin tapıntıları ən fundamental heyvan sinifləri olan filumların demək olar ki, hamısının Kembri dövründə birdən ortaya çıxdığını göstərir. 2001-ci ildə “Elm“ (Science) jurnalında nəşr olunan məqalədə "təxminən 545 milyon il əvvəl yaşanan Kembri dövrünün başlanğıcı bu gün dünyaya hakim olan bütün heyvan (filumların) qalıqlarının birdən ortaya çıxmasına təsadüf etdi" deyilir. Həmin məqalədə bu cür kompleks və bir-birindən tamamilə fərqli canlı qruplarının təkamül nəzəriyyəsinə görə açıqlanması üçün əvvəlki dövrlərə aid çox zəngin və mərhələli inkişafı göstərən qalıq yataqlarının tapılmasının zəruriliyi qeyd olunur, amma bunun mümkün olmadığı belə açıqlanır: bu fərqliləşən təkamül və yayılma da, özündən əvvəl yaşanan bir qrupun varlığını tələb edir, amma buna dair qalıq dəlili yoxdur.
Dünyanın birdən-birə bir-birindən çox fərqli canlı sinifləri ilə necə dolub-daşması, heç bir ortaq ataya sahib olmayan, tamamilə müxtəlif strukturlardakı canlıların necə ortaya çıxması təkamülçülərin əsla cavablandıra bilmədikləri sualdır. Təkamülçü düşüncənin dünya səviyyəsindəki ən qabaqcıl müdafiəçilərindən biri ingilis bioloqu Riçard Dovkins bu həqiqət haqqında bunları söyləyir:... Kembri layları onurğasız qruplarını tapdığımız ən köhnə laylardır. Bunlar artıq təkamül keçirmiş formadadırlar. Sanki heç bir təkamül tarixinə sahib olmadan, orada meydana gəlmişlər. Təbii ki, bu ani ortaya çıxma yaradılışçıları olduqca məmnun edir. (Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton 1986, s. 229.)
Dovkinsin də qəbul etdiyi kimi, Kembri partlayışı yaradılışın açıq dəlilidir. Çünki canlıların heç bir təkamüllü ataları olmadan birdən-birə ortaya çıxmalarının yeganə cavabı yaradılışdır. Belə ki, Darvin də "əgər eyni sinfə aid çoxsaylı növ həqiqətən həyata bir anda və birlikdə başlamışsa, bu təbii seçmə ilə ortaq atadan təkamülləşmə nəzəriyyəsinə öldürücü zərbə olardı" deyə yazmışdır. Kembri dövrü isə Darvinin "öldürücü zərbə" kimi təsvir etdiyi tablonu isbat edir. Buna görə də, isveçli təkamülçü Stefan Benqston Kembri dövründən danışarkən ara-keçid formaların olmadığını etiraf edir və "Darvini heyrətləndirən və utandıran bu hadisə bizi də heyrətləndirir" deyir. (Stefan Bengston, Nature, Vol. 345, 1990, s. 765.)
Göründüyü kimi, qalıqlar canlıların təkamülün iddia etdiyi kimi primitivdən mürəkkəbə doğru təkamil keçirdiklərini deyil, bir anda və ən mükəmməl halda ortaya çıxdıqlarını göstərir. Qısaca desək, canlılar təkamüllə meydana gəlməmiş, yaradılmışlar.
Təkamül nəzəriyyəsini Kembri partlayışı mövzusunda daha çox qarışıqlığa salan başqa bir həqiqət - fərqli canlı kateqoriyaları arasında aparılan genetik müqayisələrdir. Bu müqayisələrin nəticələri təkamülçü bioloqların yaxın dövrə qədər "yaxın qohum" saydıqları heyvan kateqoriyalarının genetik olaraq çox fərqli olduqlarını ortaya qoyur, beləliklə, yalnız nəzəriyyədə olan "ara-keçid" fərziyyələrini etibarsız edir. “Proceedings of the National Academy of Sciences” jurnalının 2000-ci ildəki nəşrində 6 elm adamının imzası ilə dərc olunan məqalədə DNT analizlərinin "qədimdən ara-keçid sayılan" kateqoriyaları bu ünvandan çıxardığı belə açıqlanır: DNT sekans analizləri filogenetik ağaclar üçün yeni şərhlər tələb edir. Metazoa (çoxhüceyrəli canlılar) ağacının üstündə olan və əvvəldən bir-birini izləyən kompleks dərəcələrini təmsil etdikləri düşünülən canlı sinifləri yer dəyişdirir və ağacın daha üst hissələrinə daşınır. Bu, geridə heç bir təkamüllü "ara-keçid" buraxmır və bizi Bilaterianın (simmetrik bədənə sahib olan canlılar) kompleksliyinin mənşəyi haqqında yenidən düşünməyə məcbur edir.
MARAQLI TİKANLAR: Kembri dövründə bir anda ortaya çıxan canlılardan biri də Hallucigeniadır. Bu və digər Kembri canlısının qalığında hücumlardan qorunmaq üçün tikanlar və ya sərt qabıqlar var. Təkamülçülərin açıqlaya bilmədikləri bir mövzu da ortada heç bir "ovçu" canlının olmadığı bu dövrdə bu heyvanların bu qədər yaxşı qorunmalarıdır. Ortalıqda ovçu heyvanların olmaması bu mövzunu "təbii seleksiya" ilə açıqlamağa imkan vermir.
Həmin məqalədə təkamülçü yazıçılar əvvəldən süngərlər, cnidarianlar, ctenophorlar kimi onurğasız dəniz canlıları qrupları arasında "ara-keçid" saydıqları bəzi kateqoriyaların yeni genetik kəşflər nəticəsində artıq belə sayıla bilməyəcəklərini deyir və bunun kimi təkamül ağaclarını hazırlama mövzusunda artıq "ümidlərini itirdiklərini" belə ifadə edirlər: Yeni molekulyar əsaslı filogeninin bəzi əhəmiyyətli nəticələri var. Bunların ən əhəmiyyətlisi süngərlər, cnidarianlar, ctenophorlar arasındakı "ara-keçid" siniflərinin və bilateryen canlıların son ortaq atasının, yəni "urbilateria"nın ortadan qalxmasıdır... Bunun təbii nəticəsi olaraq, urbilateriaya gedən soy ağacında çox böyük boşluğumuz var... Pilləli şəkildə gedərək artan komplekslik ssenarisi yolu ilə "boşluqdakı atanı" yenidən inşa etmək istiqamətində ümidimizi (belə ki, bu, əvvəllər təkamüllü məntiq icra etməkdə çox məşhurdur) itiririk. (André Adoutte, Guillaume Balavoine, Nicolas Lartillot, Olivier Lespinet, Benjamin Prud'homme, and Renaud da Rosa, "The New Animal Phylogeny: Reliability And Implications", Proceedings of the National Academy of Sciences, 25 April 2000, vol 97, Nömrə 9, pp. 4453-4456)