AXİRƏTDƏKİ PEŞMANLIQ

Dindən uzaq yaşayan insanlar axirətdə dünyada keçirdikləri hər anın peşmanlığını yaşayacaqlar. Çünki onlara dünyada dəfələrlə xəbərdarlıq edilmiş və doğru yola dəvət edilmişlər. Onlara verilən müddət ərzində düşünə biləcəkləri və doğrunu müəyyən biləcəkləri zamanları çox olmuşdur. Ancaq bu anları həmişə gözardı etmiş, xəbərdar edildiklərində dinləməmiş və dünya həyatının sona çatmayacağı hissinə qapılaraq axirəti unutmuşlar. Bu cür insanlar cəhənnəmlə qarşılaşanda artıq geri dönə bilməyəcəklər.

İnsan təhlükə ilə üzləşdiyində vicdan heyrətamiz sürətlə hər şeyin hesabatını aparmağa başlayır. Dünyada keçirdiyi ömrünü və bu müddətdə gördüyü işləri bir-bir qiymətləndirir. Əgər bu adam dünyada yaxşı işlər görməyibsə, Allahın dininə riayət etməyibsə, o zaman içini böyük peşmanlıq bürüyür. Həyatı boyu heç vaxt düşünmədiyi həqiqətlər bir anda bütün açıqlığı ilə gözünün qarşısına gəlir. Bəlkə də həyatında ilk dəfə ölümün həqiqətən çox yaxın olduğunun fərqinə varır. Cənnətə layiq olan ömür sürmədiyini və keçirdiyi peşmanlıq hissinin də bundan qaynaqlandığını düşünüb anlayır. Allaha qarşı etdiyi nankorluğu dərk edirk və bu davranışının əvəzsiz qalmayacağını da vicdanı ilə hiss edir. O ana qədər heç vaxt keçirmədiyi qorxu hissi içini bürüyür. Bu vəziyyətdən onu yalnız Allahın qurtara biləcəyini anlayır. Əgər xilas olsa, bundan sonra yaşadıqlarını qətiyyən unutmayacağına, Allaha çox şükür edəcəyinə və həyatının qalan qismini Allahın rizasına uyğun yaşacağına dair söz verir. O təhlükədən xilas olmaq üçün yalvara-yalvara Allaha dua edir. Yetər ki, xilas olsun və əlinə bir daha yaşamaq fürsəti düşsün...

Nankorluğun fərqinə varmaq

Amma bir çox insan təhlükə sovuşduqdan sonra Allaha verdiyi sözünə sadiq qalmır. Allah onu xilas edəndən sonra əvvəlki ruh halına dönür. Peşmanlıq və təslimiyyət yerini bir anda nankorluğuna verir. Ölümlə burun-buruna gəldiyində düşündüyü və fərqinə vardığı həqiqətləri bir anda unudur. Sanki Allaha dua edən və o peşmanlığı yaşayan o deyilmiş kimi Allahdan üz çevirir. Əvvəlki həyatına qaldığı yerdən, bəlkə də dünyaya daha da bağlanaraq davam edir.

İnsanlar bir çətinliklə qarşılaşdıqları an Allaha yönəlirlər. Ancaq təhlükədən xilas olduqdan sonra bir anda Allaha verdikləri sözü unudaraq nankorluq edirlər. Buradan belə aydın olur ki, insanların yaşadıqları peşmanlıq təhlükə anındakı çarəsizliklərindən qaynaqlanır.

Əsl peşmanlıq

İnanan insanlara xas olan peşmanlıq isə belə deyil. Əsl peşmanlıq bir anda unudulmayan, insanı hərəkətə gətirən, hətta bəzən insanda əsaslı dəyişikliklər meydana gətirən hissdir. Səmimi peşmanlığı qəlbində hiss edən adam həyatının ona bağışlanan sonrakı hissəsini Allahın rizasına uyğun yaşayar və Allahdan bağışlanmasını  ümid edər. Şərait dəyişsə və ona yeni fürsət verilsə, əsla əvvəlki davranışına geri dönməz. Çünki belə bir nankorluğun, Allahın ayələrində bildirildiyi kimi, yalnız öz əleyhinə olacağını bilir.

İnsanın bunları düşünməsi və doğru qərar verməsi üçün mütləq təhlükə ilə qarşılaşması vacib deyil. Hətta belə bir təhlükə ilə qarşı-qarşıya olmadığı üçün də aldanmamalıdır. Belə bir vəziyyətə heç düşməyəcəyini düşünən insan bəlkə çox yaxın bir zamanda buna bənzər bir hadisə ilə qarşılaşacaq. Və ya bəlkə də həyatının sonuna qədər belə bir hadisə ilə qarşılaşmayacaq. Amma qəti olan bir şey vardır ki, insan  üçün təqdir edilən ölüm anı gəlib çatanda ölüm mələklərini yanında görəcək. Ölümün həqiqətini gördüyü anda, əgər Allahın rizasına uyğun yaşamamışsa, mütləq peşman olacaq.

İnsan məhz bu peşmanlıqla dünyada da, axirətdə də sonsuza qədər qarşılaşmamaq üçün Allaha yönəlməli, Ondan qorxub çəkinməli, Onun Quranda bildirdiyi əmrləri yerinə yetirməlidir. Ölüm çox yaxındır. Buna görə də, insan heç nəyi təxirə salmamalı, verdiyi səmimi qərarları səbr və iradə ilə tətbiq etməlidir. Allaha olan yaxınlıq və səmimiyyətinin ölçüsü isə çarəsizlik və təhlükə anında Allaha yönələn insanın yaxınlığı və səmimiyyəti qədər olmalıdır. Bu yaxınlıq və səmimiyyəti isə bütün həyatı boyu davam etdirməlidir.

 

2010-07-15 15:55:53
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top