Hz. Mehdi (ə.s.) axır zamanın ən böyük mürşidi, vəlisi, qütbüdür. İmam Rəbbani Həzrətlərinin də, Abdülkadir Geylani Həzrətlərinin də, bütün Əhli sünnə alimlərinin, bütün məzhəb imamlarının və bütün təriqətlərin də mürşididir. Bu səbəbdən Mahmud Hoca Əfəndi Həzrətlərinin də mürşidi Hz. Mehdi (ə.s.)dır. Cübbəli Əhməd bir xütbəsində Hz. Mehdi (ə.s.)ın gəlməsi üçün Allaha yalvararaq dua edir, Hz. Mehdi (ə.s.)ı görmək üçün Allaha yalvarır.
Deməli ki Hz. Mehdi (ə.s.) gəldiyində Mahmud Hoca Əfəndi Həzrətləri də, Cübbəli Əhməddə və bütün digər təriqətlər və mənsubları da Hz. Mehdi (ə.s.)a tabe olacaqlar, onun xilafətini qəbul edəcəklər. Hz. Mehdi (ə.s.) zühur etdiyində reallaşacaq olan bu beyəti qəbul etməyən, əksini müdafiə edən bir camaat yoxdur.
Hz. Mehdi (ə.s.) axır zamanın ən böyük mürşidi, ən böyük vəlisi və qütbü olduğundan o zühur etdiyində bütün təriqətlər onda toplanacaq. Bunun şüurunda olan bir çox təriqət lideri yüzlərlə ildir davam etdirdikləri; xilafət əmanətini bir sonrakı şəxsə təhvil vermə adətini axır zamana girilməsiylə birlikdə buraxmışlar. Məsələn Əli Heydər Əfəndi də xilafəti Hz. Mehdi (ə.s.)a buraxmışdır. Mahmud Hoca Əfəndi Həzrətləri bu an Əli Heydər Əfəndinin Vəkilidir. Bütün təriqətlər Hz. Mehdi (ə.s.)ın zühur vaxtı olan hicri 1400 etibarilə onun zühurunu və təbii mürşidliyini gözləməyə başlamışlar.
2010-03-01 20:34:22