STALİNİN KOLLEKTİVLƏŞMƏ VƏHŞİLİYİ

Stalin kollektivləşmə siyasətinə 1929-cu ildə başlamışdı. Bu siyasətə görə torpaq üzərindəki bütün xüsusi mülkiyyət aradan qaldırılacaq, hər kəndlidövlətə müəyyən kvotavermək məcburiyyətində qalacaq və öz məhsulunu sata bilməyəcəkdi. Təyin olunan kvota çox yüksəkdi və kəndlilər bunu ödəmək üçün əllərindəki hər şeyi verməliydilər. 1920-ci ildə Leninin bünövrəsini qoyduğubu zülmtəkrar edilirdi.
Stalin kollektivləşməni həyata keçirmək üçün ən vəhşimetodların tətbiq olunmasını əmr edirdi. Müqavimət göstərənlər öldürülür, Sibirə sürgün olunur (yəni uzun müddətəöldürüldü) və ya qıtlığa məruz qoyulurdu (yəni yavaş yavaş öldürüldü).
Kollektivləşmə və ya ümumiyyətlə kommunizmə qarşımüqavimət göstərən "kulaklar"a (zəngin torpaq sahipləri) qarşı bütün ölkədə sanki ov elan edilmişdi. Bu siyasət, "Kommunizmin Qara Kitabı"nda belə izah edilir:
Kollektivləşməyə müqavimət göstərən kulaklar güllələndi, digərləri (uşaqlar, qadınlar və yaşlılar)sürgünə göndərildi. Şübhəsiz ki, hamısı öldürülmədi, amma Sibirin ya da Böyük Şimalın əkinçiliyə əlverişli olmayan bölgələrindəki məcburiişləri onları çox yaşamağa qoymadı. Yüz minlərlə insan orada can verdi, ancaq ölənlərin dəqiq sayı hələ bilinmir. 1932-1933-cü illərdə Ukraynada, əhalinin məcburi kollektivləşməyə müqavimət göstərməsinə nəticəsindəyaşanan böyük aclıqda, bir neçə ay içində 6(altı) milyon insan öldü.
Kulaklara tətbiq olunan şiddət ən faciəvi işgəncələri ehtiva edirdi. Məsələn, Napolovski bölgəsində, hərbiçilər "sorğuya çəkilən kolxozçularıistidən qızarmış sobanın üzərinə uzanmağa məcbur edir, sonra da onları bir yerə lüm-lüt bağlayaraq soyudurdular."
Stalin rejimi özündən əvvəlki Lenin rejimikimi "kulak" adlıxəyali düşmən yaratmışdıməhvetmək istədiklərini "kulak" olaraq damğalayıb hədəfə çevirirdi. Hər bir şəhərə əmrlər göndərilir, müəyyən saydakulakın tutulması,edam edilməsi əmr edilir və kommunistlərin sevmədiyi hər kəs asanlıqla "kulak" adı ilə "təltif olunurdu". "Kommunizmin Qara Kitabı"nda bu vəziyyət belə açıqlanır:
Bu şərtlər altında bəzi bölgələrdə kulakkimi"təmizlənən" kəndlilərin 80-90%-nin"serednyak"- yəni orta səviyyəli kəndli olmasına təəccüblənməmək lazımdır. Yerli məmurların"təmizlədiyi" kulak sayına çatmaq və mümkün olduqda bu sayı keçmək lazım! "Bazarda toxum satmaq", "1925-1926-cı illərdə iki ay ardıcıl muzdla əkinçiişlətmək", "iki samovar sahibi olmaq", Sentyabr 1929-cu ildə "yemək və sosialist müsadirədən mal qaçırmaq məqsədiylə", " donuz öldürmək" səbəbiylə kəndlilər həbs olunmuş və sürgün edilmişdi. Becərdiyi məhsulu satan yoxsul kəndli "ticarətə girişib" damğasıyla həbs olunurdu. Başqa biri əmisinin vaxtilə Çar ordusunun zabiti olması səbəbiylə işgəncə görür, digəri "kilsəyə tez-tez getməsi" səbəbiylə kulak olaraq damğalanırdı. Lakin daha çox kollektivləşməyə açıq-aşkar qarşı çıxanlar kulak olaraq damğalanırdı. Kulak sinifini yox etməklə hərbiçi dəstələrelə qarışıqlıq yaşanırdı ki, bəzən axmaqlığın zirvəsinə çatırdılar. Nümunə olaraq- Ukraynanın bir qəsəbəsində, kulak sinifini "təmizləməklə"məşğul olanserednyak, qəsəbənin digər tərəfindəbaşqa briqadanın nümayəndələri tərəfindən kulak kimihəbs olunmuşdu.
"Kulak" olaraq damğalanıb qətl edilən insanların arasındaən başda din adamları gəlirdi. Beləki, 1930-cu ildə 13.000-dən çox dindar "kulak" adı altında"təmizlənmişdi". Bir çox kənd və qəsəbədə kollektivləşmə simvolik olaraq kilsənin bağlanmasıyla, kulak sinifinin təmizliyi isə keşişlərlə başlayırdı."
Bir sözlə, kollektivləşmənin iki böyük nəticəsi oldu: Qıtlıq və sürgün.
2009-12-05 00:03:15
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top