SUDA YERİYƏN KƏRTƏNKƏLƏ

Suda yeriyən kərtənkələ saniyədə 20 addım ataraq suyun üstündə sürətlə qaçır. Ayaqları suya dəydiyi zaman hər bir barmaq qısılaraq ayağın üst hissəsinin genişlənməsini və suyu asanlıqla itələməsini təmin edir. Beləliklə, ayaqlar bədənin ağırlığını tarazlaşdırır. Kərtənkələnin ayaqları suyu itələdiklə kiçik hava şarı əmələ gətirərək özünə dəstək yaradır və digər ayağın hərəkətini tamamlayaraq suya dəyməsi üçün vaxt qazandırır. Ağırlıq ikinci ayağa ötürülərkən, kərtənkələ kiçik hava şarı yox olmadan əvvəl, birinci ayağını sudan çəkir. Kiçik hava şarı çox vacibdir, çünki kərtənkələnin ayağı birbaşa suya toxunsa, yıxıla bilər. Kərtənkələnin hərəkətini insanla müqayisə edək: o, bu hərəkəti həyata keçirmək üçün saniyədə 30 metr qaçmalı və maksimum əzələ dartınmasını 15 dəfə artırmalıdır ki, bu da qeyri-mümkündür. Bu həqiqətlər qarşısında Allah bir ayəsində möminlərin davranışını belə bildirir:
 
 

 


O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boşuna yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (Ali-İmran surəsi, 191)
2009-10-31 21:36:05
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top