Beynimizdə qavradıqlarımıza görə xarici aləmdəki hər şeyin əsli ilə təmasda olduğumuzu zənn etməyiniz böyük bir xətadır. Çünki əsla beynimizdən kənara çıxaraq buna nəzarət etmək imkanımız yoxdur. Gördüyümüz və hiss etdiyimiz hər şey Allah'ın bizim ruhumuza göstərdiyi hisslərdir. Tək mütləq varlıq isə hər şeyin Yaradıcısı olan, aləmlərin Rəbbi Uca Allah'dır.
Bu məqalənin başlığını əmələ gətirən sözügedən qüllə anlayışı hər şeyin beynimizdə əmələ gəlməsi həqiqətini daha yaxşı açıqlamaq üçün istifadə etdiyimiz bir nümunədir.
Mənası budur: əgər hal-hazırda beyninizin içində olan dünya görüntüsünün və öz bədəninizə aid görüntünün kənarda bir də maddi əslinin olduğunu iddia edirsinizsə, onda bütün bu görüntüləri kəllənin içində daşıyan nəhəng bir bədənin varlığını da qəbul etməlisiniz. Bu halda siz hər şeyi beyninizdə qavradığınıza görə sanki nəhəng bir qüllənin təpəsindəki kiçik bir otağa həbs edilmiş kiçik bir adamsınız. Bu nəticəyə necə gəldiyimizi mərhələ-mərhələ düşünək:
Bu nəhəng qülləni (yəni mövcud olduğunu hesab etdiyiniz maddi bədəninizi) heç görə bilməzsiniz. Çünki qüllənin təpəsindəki kiçik qıfıllanmış qaranlıq otağa salınmısınız. Həyatınız boyu o otaqdan çıxa bilməzsiniz. O qaranlıq otağın divarlarında əks etdirilən görüntüləri izləyirsiniz. Bu görüntülərdəki bəzi cisimlər (məsələn ulduzlar) sizə bəlkə milyonlarla kilometr uzaqlıqda kimi gələ bilər. Əslində isə daima eyni kiçik otağın içərisindəsiniz.
Bu mövzunu daha yaxşı anlamaq üçün televizorlarda tez-tez rast gəldiyimiz fantastik cizgi filmlərindən də nümunə verə bilərik. Bu cizgi filmlərinin bəzilərində nəhəng bir bədən kəlləsindəki nəzarət mərkəzində oturan bir şəxs tərəfindən idarə edilir. Məsələn, “Voltran” adlı məşhur cizgi filmində nəhəng robotlar kəllə tərəfindəki mərkəzdə oturan bir adam tərəfindən idarə edilirlər. Nəhəng robot bu insanın əmrlərinə görə hərəkət edir. Adam nəhəng bir qüllə böyüklüyündəki robotin içində oturan kiçik bir bədəndir.
Elə isə, əgər hal-hazırda gördüyünüz, hiss etdiyiniz bədənin maddi bir qarşılığı olduğuna inanırsınızsa, belə bir sistemi qəbul etməlisiniz. Başqa sözlə, sanki “bir qüllənin təpəsindəki otaqda oturan kiçik adam” və ya “nəhəng bir robotun təpəsində oturan kiçik adam” olduğunuzu qəbul etməlisiniz. Bu mövzunu belə bir misalla daha yaxşı açıqlaya bilərik: çöldə bir avtomobilin olduğunu və özünü də bu avtomobili gördüyünü iddia edən şəxs bunları düşünməlidir:

Burada sadəcə bir avtomobili görən şəxsdən bəhs edildi. Eyni vəziyyəti kilomterlərlə uzanıb gedən bir vadiyə baxan şəxs haqqında düşünək. Əgər vadinin əslini gördüyünü iddia edirsə, bu şəxsin görmə mərkəzi də eyni dərəcədə ən az kilometrlərlə uzanıb gedən bir sahə ölçüsündə yer tutmalıdır. Onda insanın beyni, daxili orqanları, qolları, qıçları da buna uyğun nisbətdə nəhəng bir ölçüyə malik olmalıdır.
Belə bir şey mümkün olmadığına görə xarici aləmdə bir neçə metrlik bir avtomobilin və ya kilometrlərlə uzanıb gedən bir vadinin olduğunu və insanın da onların əslləri ilə təmasda olduğunu iddia etmək son dərəcə məntiqsiz deyilmi?
Böyük ehtimalla, həyatınızın əvvəlindən bəri qəbul etdiyiniz “bədənim bu dünyadadır, mən də bədənimdən xarici aləmə baxıram” kimi təsəvvür səhvdir. Belə bir şey mümkün deyil.
Bundan daha ağıllı nəticə isə qüllə deyə bir şeyin olmadığını qəbul etməkdir. Çünki bunun varlığına dair heç bir dəlil yoxdur. Bizə belə bir şeyin varlığını düşündürən tək səbəb maddənin varlığına dair səhv rəyimizdir. Bu rəyimizdən qurtularsaq, dünyanın əslində çox fərqli bir yer olduğunu qavrayarıq:
Gördüyümüz və hiss etdiyimiz hər şey Allah'ın bizim ruhumuza göstəridiyi hisslərdir. Tək mütləq varlıq isə hər şeyin Yaradanı, aləmlərin Rəbbi Uca Allah'dır.
“Şərq də, Qərb də Allah'ındır: hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir,biləndir!” (Bəqərə surəsi, 115)2009-10-31 21:23:31