|
· Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar, deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allah'ın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur... (Nur surəsi, 55)
· Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur! (Saff surəsi, 9)
· Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə surəsi, 33)
· Allah'ın köməyi və zəfər gəldiyi zaman, insanların dəstə-dəstə Allah'ın dininə daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)
· Sevdiyiniz başqa bir şey də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver! (Saff surəsi, 13)
· De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!” (İsra surəsi, 81)
· ...Onların ardınca Yer üzünün varisləri sizi təyin etdik... (Yunus surəsi, 13-14)
· Sevdiyiniz başqa bir şey də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver! (Saff surəsi, 13)
· Biz kitabdan sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq. (Ənbiya surəsi, 105)
· And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi: “Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz labüd olaraq zəfər çalacaqlar!” (Saffat surəsi, 171-173)
· Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!”- deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir. (Mücadələ surəsi, 21)
· Allah'ın peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim surəsi, 47)
· Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərlərini hidayət və haqq dinlə göndərən Odur. Allah'ın şahid olması kifayət edər! (Fəth surəsi, 28)
· Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu, məqamımdan və əzabımdan qorxanlara aiddir! Kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi isə ziyana uğradı. (İbrahim surəsi, 14-15)
· Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah sənin əvvəlki və keçmiş günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcəkvə səni düz yola müvəffəq edəcəkdir! Allah sənə yenilməz qələbə verəcəkdir! (Fəth surəsi, 1-3)
· ... Allah sizin bilmədiyinizi bilir. O bundan əlavə sizə tezliklə bir qələbə də bəxş edəcəkdir. (Fəth surəsi, 27)
· ... Kafirlər bu yurdun kimin olacağını biləcəklər! (Rəd surəsi, 42)
· Ancaq iman gətirib yaxşı işlər görən, Allah'ı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər! (Şüəra surəsi, 227)
· Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri belə xilas etmək Bizə vacibdir. (Yunus surəsi, 103)
· De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!” (İsra surəsi, 81)
· Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərqinə də, qərbinə də varis etdik... (Əraf surəsi, 137)
· Allah'ın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq Öz nurunu tamamlamaq istər. (Tövbə surəsi, 32)
· Onlar Allah'ın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də - Öz nurunu tamamlayacaqdır. (Saff surəsi, 8)
· Sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir. (Əhzab surəsi, 27)
· De: “Hamı gözləməkdədir, siz də gözləyin. Doğru yol sahiblərinin kimlər olduğunu və kimin haqq yolu tapdığını biləcəksiniz!” (Taha surəsi, 135)
· Allah müttəqilərə imanlarına görə nicat verər. Onlara pislik toxunmaz və onlar qəm-qüssə də görməzlər. (Zumər surəsi, 61)
· Xeyr, Biz batili haqqla rədd edərik və o da onu yox edər. O yox olub getmişdir. (Batil sözlərlə Allah'a) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
· Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək! (Yunus surəsi, 82)
· O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allah'a aiddir. (Həcc surəsi, 41)
· Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz! (Ali-İmran surəsi, 139) |