ALLAHIN RƏNG SƏNƏTİ

Heç, bir rəngin olmadığı, qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç düşünmürsünüz? Bir anlıq bütün ön mühakimələrinizdən qurtularaq, bu günə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq, düşünün. Bədəninizin, çevrənizdəki insanların, dənizlərin, göy üzünün, ağacların, çiçəklərin, qısacası hər şeyin qapqara olduğunu gözünüzdə canlandırmağa çalışın. Ətrafınızda heç bir rəngin olmadığını düşünün. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin heç rəngi olmasaydı nələr hiss edərdiniz beyninizdə canlandırmağa çalışın. Belə bir dünyada yaşamağı heç istəməzdiniz elə deyil mi?

Rəngsiz bir dünya deyildiyində qara, ağ və boz tonların olduğu bir yer ağla gələ bilər. Amma qara, ağ və boz da bir rəngdir. Buna görə insanın rəngsizliyi xəyal etməsi çox çətindir. Amma rəngsizliyi təsvir edərkən də mütləq olaraq hər hansı bir rəngdən istifadə etmək məcburiyyətində qalırıq. "Hər şey rəngsiz, qapqaradır; üzündə rəng qalmayıb, dümağ olmusan" kimi cümlələrlə rəngsizlik ifadə edilməyə çalışılır. Amma bunlar rəngsizliyin deyil qara-ağ bir dünyanın tərifidir.

Ətrafınızdakı hər şeyin rənginin bir anlıq yox olduğunu düşünün. Belə bir vəziyyətdə hər şey bir-birinə qarışacaq, cisimləri bir-birindən ayırmaq qeyri-mümkün olacaqdır. Məsələn; qəhvə rəngi taxta bir stolun üzərində duran narıncı bir portağalı, qırmızı çiyələkləri ya da rəngarəng çiçəkləri görmək imkansızlaşacaqdır; çünki nə portağal narıncı rəng, nə stol qəhvəyi rəng, nə də çiyələklər qırmızı rəng olacaqdır. Təsvir edilməsi son dərəcə çətin olan bu rəngsiz dünyada qısa bir müddət yaşamaq belə insana böyük bir sıxıntı verəcək.

 

Yuxarıdakı şəkillər qarşılaşdırıldığında, ətrafımızda dayanmadan rengli bir dünya görməyimizin nə qədər rahatlayıcı olduğu daha yaxşı izah ediləcəkdir. Rənglər insana dünyada Allah tərəfindən verilmiş ən böyük nemətlərdən biridir.

 

Rənglərin müxtəlifliyinin bizə olan faydası sadəcə ətrafımızı tanımağımızdan ibarət deyil. Təbiətdə öz yerini almış olan qüsursuz rəng ahəngdarlığı insan ruhuna inanılmaz bir zövq verir. Ancaq burada diqqət yetirilməsi lazım olan əsas nöqtə, bu ahəngdarlığı görə bilmək və bütün incəliklərindən zövq ala bilmək üçün də insana çox xüsusi dizayn edilmiş gözlərin verilməsidir. Canlılar aləmində rəngləri ən incə detalına qədər qəbul edə bilən ən funksional göz, insan gözləridir. Belə ki insan gözü milyonlarla rəngə qarşı həssasdır. Göründüyü kimi mükəmməl bir şəkildə çalışan insandakı göz mexanizmi rəngli bir dünyanı görə bilmək üçün xüsusi olaraq yaradılmışdır.

Bu səbəbdən , kainatdakı belə bir nizamın varlığını başa düşə biləcək tək varlıq, ağıl sahibi olan insandır. Bütün bu məlumatlardan sonra ortaya bu nəticə çıxmaqdadır:

Yer üzündəki və səmadakı hər detal, hər naxış, hər rəng insanın bu nizamı anlayıb qavraması və bunun üzərində düşünməsi üçün yaradılmışdır. Təbiətdəki bütün rənglər insan ruhuna zövq verəcək şəkildə yaradılmışdır. Həm canlılar aləmində həm də cansız aləmdə qüsursuz simmetriya və rəng harmoniyası hakimdir. Bu xüsusi vəziyyət qarşısında aciz qalan və düşünən bir insanın ağlına son dərəcə vacib bəzi suallar gələcəkdir.

  •  Yer üzünü rəngli edən nədir?
  •  Dünyamızı fövqəladə gözəl edən rənglər necə meydana gəlməkdədir?
  •  Yer üzərindəki rəng müxtəlifliyinin və rənglər arasındakı harmoniyanın dizaynı kimə aiddir?

Bütün bunların bir təsadüflər zəncirinin meydana gətirdiyi məqsədsiz dəyişikliklərlə yarandığını demək olarmı? Əlbəttə ki belə bir şeyi heç kim söyləyə bilməz. Şüursuz təsadüflərin milyonlarca rəngi deyil , heç bir şeyi meydana gətirmə imkanı yoxdur. Məsələn bir kəpənəyin qanadlarını düşünün; və ya hər biri bir sənət möcüzəsi görünüşündəki rəngarəng çiçəkləri. Bunların şüursuz proseslərin nəticəsində meydana gəldiyini demək, sağlam düşünə bilən bir insan üçün əlbəttə ki mümkün deyil.

Bu həqiqəti başqa bir şəkildə çox rahatlıqla görə bilərik. Bir insan təbiətdəki ağacların, çiçəklərin rəsm edildiyi bir rəsm əsəri gördüyündə bu əsərdəki rəng harmoniyasının, nizamlı şəkillərin, şüurlu dizaynın təsadüfən meydana gəldiyini iddia etməz, hətta bunu ağılına belə gətirməz. Bu adamın qarşısına biri çıxsa və desə ki, "burada gördüyün boyalar külək nəticəsində aşdı, bir müddət sonra yağışın və s. təsiriylə və aradan keçən uzun bir zamanın nəticəsində ortaya belə bir şəkil çıxdı". Bunu iddia edən şəxsə inanılmayacağı çox qətidir.

Burada əsas maraq oyandıran heç kəsin bu qədər ağılsız bir iddia etməyəcəyidir. Ancaq təkamülçülər bir təhər təbiətdə gördüyümüz bu qüsursuz rəng və simmetriyanın şüursuz bir tərzdə meydana gəldiyini iddia edə bilməkdə, hətta bu mövzuda onlar tərəfindən "təsadüf tezisləri" hazırlanmaqda və müxtəlif işlər görülməkdədir. Bu mövzuda əsassız iddiaları ortaya atmaqda tərəddüd belə edilməməkdədir.

Göründüyü kimi bu, açıqca bir korluqdur həmdə bunun başa düşülməsi də son dərəcə çətindir. Ancaq bir az düşünməyə başlayan və bu korluqdan xilas olan istənilən insan , dünyada son dərəcə möcüzəvi bir mühitdə yaşadığını anlayacaqdır. Və insan, həyatı üçün ən uyğun şərtlərə sahib olduğu bu mühitin təsadüfən meydana gələ bilməyəcəyinə də tam mənasıyla inanacaqdır.

Düşünə bilən bir insan necə ki, bir rəsmə baxdığında o əsərin bir rəssamı olduğunu anlayırsa, ətrafındakı bu qədər rəngarəng, parlaq, simmetrik və son dərəcə estetik bir mühitin də Yaradıcısı olduğunu eyni şəkildə anlayacaqdır

Bu Yaradan ; heç bir şəriki olmayan, hər şeyi bir-biriylə uyğun şəkildə yaradan, bizi milyonlarca rənglə bəzənmiş saysız gözəlliyin olduğu bu dünyaya yerləşdirən Allahdır. Allahın yaratdığı hər şey bir-biriylə tam bir uyğunluq içindədir. Allah, yaratma sənətindəki bənzərsizliyi Quran ayələrində belə xəbər verməkdədir:

 

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk Surəsi 3-4)

2009-10-28 03:58:06
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top