< <
1 / total: 8


HZ.ИBRAHИM vя HZ.LUT


 




GİRİŞ

Tarix boyunca peyğəmbərlər göndərildikləri qövmləri Allaha bir və yeganə olaraq iman etməyə və yalnız Ona qulluq etməyə çağırmışlar. İnsanlara haqq dini təbliğ etmiş və nümunəvi insan modelini xüsusilə öz yaşayışları ilə tanıtmışlar. Bu səbəblə Allahın seçilmiş qulları olan peyğəmbərlərin üstün şəxsiyyətləri, gözəl əxlaqı, davranış tərzləri və hadisələr qarşısında göstərdikləri əks-təsirlər möminlər üçün ən gözəl nümunəni təşkil edir. Peyğəmbərlər içində yaşadıqları cəmiyyətlərə özləri nümunə olduqları kimi Quranda tərif edilən vəzifələri ilə özlərindən sonra gələn möminlərə də yol göstərmişlər. Allah peyğəmbərlərin möminlər üçün gözəl nümunə olduğunu Quranda belə bildirir:

Peyğəmbərlərin hər birinin Quranda təriflənən bir çox gözəl xüsusiyyətləri var. Bu səbəbdən iman edənlər Quranda peyğəmbərlərlə bağlı bildirilən hər incəliyi diqqətlə incələməli, bu müqəddəs insanların yaşayışını, göstərdikləri gözəl əxlaq nümunələrini, Allaha olan dərin bağlılığını özlərinə nümunə götürməlidir. Hər peyğəmbərin göndərildiyi qövm, qarşılaşdığı hadisələr, Allahın varlığını anladarkən istifadə etdiyi metodlar bir-birindən fərqli olub. Buna görə də peyğəmbərlərin içində olduqları qövmlərin xüsusiyyətləri, insanların Allaha iman etməyə dəvət ediləndə peyğəmbərlərə göstərdikləri müqavimət, peyğəmbərlərlə birlikdə inananların qarşılaşdığı çətinliklər bizə işıq tutan çox vacib bilgi və təcrübələrdir.

 

Bu kitabın yazılmasında məqsəd də Allahın "İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir..." ("Mümtəhinə" surəsi, 4) ayəsi ilə təriflədiyi İbrahim peyğəmbəri və onunla eyni vaxtda yaşamış Lut peyğəmbəri tanımaq və onların bütün üstün xüsusiyyətlərindən nümunə götürməkdir. Heç şübhə yoxdur ki, Quranda Hz.İbrahim və Hz.Lut haqqında verilən məlumatların hər biri özündə bir çox hikmətləri daşıyır. Bu kitabda qeyd olunmuş hikmətləri izləyəcək və bunları necə nümunə götürüb həyatımıza keçirə biləcəyimizi araşdıracağıq.

Ur Nammu (b.e.ə. 2112-2095) tərəfindən Aya sitayiş etmək üçün tikilən Ur Ziqquratı. Hammurapi abidələrinə görə Şumər şəhərləri arasında ən məşhur olanı Ur şəhəri idi.

Allah Quranda ilk peyğəmbərin Hz.Adəm olduğunu bildirir. Hz.Adəmdən sonra Quranda adı çəkilən ikinci peyğəmbər Hz.Nuhdur. Hz.İbrahim isə Hz.Nuhdan bir müddət sonra yaşayıb və Quranda verilən məlumata görə, Hz.Nuhun nəslindəndir: "İbrahim də onun yolu ilə gedənlərdən idi" ("Saffat" surəsi, 83). Hz.İshaq, Hz.İsmayıl, Hz.Jaqub, Hz.Jusif, Hz.Musa, Hz.Harun, Hz.Davud, Hz.Süleyman, Hz.Zəkəriyyə, Hz.Jəhya və Hz.İsa isə Hz.İbrahimin nəslindən gələn peyğəmbərlərdəndir.

 

Tarixi qaynaqlarda Hz.İbrahimin Jaxın Şərqdə, Mesopotamiya bölgəsində yaşadığı yazılır. Quranda isə Hz.İbrahimin oğlu Hz.İsmayılla birlikdə Kəbəni inşa etdiyi bildirilir. Bu məlumat bizə Hz.İbrahimin yaşadığı coğrafiyanın Jaxın Şərq olduğunu göstərir.

 

Quranda Hz.İbrahimin qövmü haqqında verilən vacib bir məlumat da bu cəmiyyətin bütpərəst olması ilə bağlıdır. Belə ki, bu məlumat tarixi qaynaqlarda da yer alır, o zamanlar Jaxın Şərqdəki qövmlərin əksəriyyətinin bütpərəst inanca sahib olduğu bildirilir. O dövrün bütpərəst cəmiyyətləri öz əlləri ilə düzəltdiyi heykəllərə, ya da Günəş, Ay kimi göy cisimlərinə sitayiş edirdi. Mesopotamiyada aparılan qazıntılar zamanı Günəşə və Aya sitayiş etmək üçün düzəldilən və "Ziqqurat" adı verilən səcdəgahlara dair qalıqlar və məlumatlar tapılıb. Daşdan və ya gildən düzəldilmiş və büt kimi istifadə olunmuş bir çox heykəl qalığı yenə bu bölgədəki arxeoloji qazıntılarda ortaya çıxıb.

 

Qısası, tarixi və arxeoloji məlumatlar Hz.İbrahimin yaşadığı dövrlərdə Jaxın Şərqin bir "bütpərəstlər diyarı" olduğunu göstərir. Allah Hz.İbrahimi seçmiş, onu peyğəmbərlik vəzifəsi ilə şərəfləndirmişdi. O, saleh bir qul olaraq son dərəcə azğın və zalım olan bu bütpərəstlərin arasında Allahın haqq dinini və gözəl əxlaqı təmsil etmişdi.

 

Rəbbimizin Quranda bildirdiyinə görə, Hz.İbrahimin qövmü daşdan, taxtadan heykəllər düzəldir, sonra da bu heykəlləri tanrı kimi qəbul edib onlara sitayiş edirdi. İbadətlərini bu bütlərin önündə yerinə yetirir, onlara dua edir və onlardan yardım diləyirdi. Onlara zərər verəcəklərinə inanaraq öz əlləri ilə şəkil verdikləri bu hərəkətsiz və cansız taxta və daş parçalarından qorxur, onlardan mədəd umardılar. Ən vacibi də bu batil inanclarında son dərəcə təkid etmələri idi. Özlərindən əvvəlki nəsillərin - atalarının - yaşayışlarını kor-koranə təqlid edir, hər nəsil sonrakı nəslə bu azğın inancı adət halında miras buraxırdı.

 

Allah belə bir qövm içində böyüyən Hz.İbrahimə göylərin, yerin və ikisinin arasındakı hər şeyin Jaradıcısının Özü olduğunu, bunun əksinə inananların böyük bir azğınlıq içində olduğunu vəhy etdi. Ancaq bütpərəst qövm Hz.İbrahimin də özləri kimi düşünməsini və yaşamasını istəyirdi. Hz.İbrahim isə qövmünün bu azğın inancından üz çevirdi, onların inandığı saxta tanrıların hamısını rədd etdi, tək və haqq olan Allaha iman gətirdi. Allah imanını daha da artırması və sağlamlaşdırılması üçün Hz.İbrahimə Özünün göylərdə və yerdəki qüdrətinin və hakimiyyətinin dəlillərini göstərdi:

 

"Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun!" ("Ənam" surəsi, 75).
Juxarıda da bildirdiyimiz kimi, Hz.İbrahim bütpərəstlərdən olan və ataları da bütlərə inanan bir qövmün içində yetişmişdi. Onlarla birlikdə böyümüş, onların təhsilini almışdı. Ancaq qövmü azğın və batil bir yaşayış içində ikən o, qövmünün digər fərdlərindən çox fərqli bir xarakter və çox üstün bir əxlaq göstərmiş, Allaha imanı ilə qövmündən ayrılmışdı.

 

Mesopotmiyada aşkar edilən arxeoloji tapıntılarda həmin bölgədə yaşayan cəmiyyətlər batil inanclarına uyğun olaraq müxtəlif bütlərə sitayiş edərkən təsvir edilir. Şəkildə Assuriya kralı Tukulti-Ninurta (b.e.ə. 1243-1207) guya od tanrısı Nuskunun qarşısında əyilərkən görünür. Nuskunun özü şəkildə göstərilmir, ancaq taxtı göstərilir.

Hz.İbrahim sadəcə şirkdən (yəni Allaha ortaq qoşmaqdan) ayrılmaqla qalmayıb şirk içində olan bu cəmiyyətə Allahın varlığını anlatmış, onları Allaha iman gətirməyə dəvət etmişdi. Fəqət qövmündəki insanlar Hz.İbrahimin anlatdığı gerçəkləri qəbul etməmişdi. Buna göstərdikləri səbəb isə atalarının dininə tabe olmalarıdır:

Hz.İbrahimin qövmünün neçə əsrlərdən bəri bu azğın və bütpərəst dini tərk etməməsinin səbəblərindən biri dindən uzaq yaşayan insanların ümumi bir səhvidir: doğru, ağıla uyğun və haqq olana görə deyil, əksəriyyətə görə hərəkət etmək. Onların düşüncəsinə görə, əgər əksəriyyət bir inancı və düşüncəni qəbul edirsə, bu inanc doğru inanc kimi qəbul edilməlidir. Əksini düşünmək, yəni cəmiyyət tərəfindən ümumi qəbul edilən bir düşüncəni sorğulamaq, araşdırmaq, hesaba çəkmək gərəksizdir. Bu hal Quranda Allahın tərif etdiyi, insanların qorunmaları lazım gələn vacib bir yanlışlıqdır. Allah Quranda insanları bu haqda belə xəbərdar edir:

Hz.İbrahim isə - bütün digər peyğəmbərlər və saleh möminlər kimi - iman etməyənlərin bu böyük səhvindən çox uzaqdır. O, bütün qövmünü, yaxınlarını və əqrəbalarını özü ilə üz-üzə qoymaq bahasına da olsa doğrulardan vaz keçməmişdi. Qəti bir qərarla Allaha iman etmiş və heç bir çətinlik və təzyiq onu yolundan döndərə bilməmişdi.

Tarix boyunca yaşamış olan bütün cəmiyyətlər Allahın varlığından, birliyindən, sonsuz güc və qüdrət sahibi olmasından, axirət gününün varlığından və Rəbbimizin qullarından istədiklərindən mütləq xəbərdar olmuşlar. Allah bu gerçəyi Quranda belə xəbər verir:

Elçilər Allahın xüsusi olaraq seçdiyi və üstün vəsflər verdiyi xoşbəxt insanlardır. Onlar hər zaman güclü imanları, gözəl əxlaqları, üstün xarakterləri və nümunəvi hərəkətləri ilə ətrafındakıların diqqətini çəkmiş, içində yaşadıqları qafil və azğın cəmiyyətdən ayrılmışlar. Onları digər insanlardan ayıran ən vacib vəsflərdən biri isə Allahdan vəhy almalarıdır. Allah "Nisa" surəsində bu şəkildə buyurur:

Allahın vəhyini peyğəmbərləri vasitəsilə insanlara çatdırması bütün insanlar üçün çox böyük bir lütfdür. Çünki Allah ayələri ilə insanlara hidayət yolunu göstərmiş, ibadət formalarını öyrətmiş, gözəl əxlaqı tərif etmiş və Öz dinini qüsursuz şəkildə bildirmişdir. Rəbbimiz saleh davranış və ibadətlərin nə olduğunu peyğəmbərlərə vəhyi yolu ilə bildirdiyini "Ənbiya" surəsində bu şəkildə xəbər verir:

Juxarıdakı xəritədə qırmızı xəttli cizgilərlə işarə edilən yol Hz.İbrahimin etdiyi səfərləri tarixi faktlarla göstərilir. Hz.İbrahim Şumər şəhəri Urdan çıxmış, Məkkəyə qədər getmişdir. Jan səhifədə Ur şəhərinin divarlarının kənarında aparılan qazıntılar zamanı b.e.ə.2000=ci ilə aid bir yaşayış yerinin qalıntıları ortaya çıxarıldı. Tarixçilər Hz.İbrahim qövmünün də şəkildəkinə oxşar evlərdə yaşamış ola bilcəkləri bildirilir.

 

Həyatları boyunca Allahın rizasını, rəhmətini və cənnətini qazanmağı hədəfləyən peyğəmbərlər Allahın əmrlərini tam şəkildə yerinə yetirərək hər zaman nümunəvi bir həyat yaşamışlar.

 

Peyğəmbərlik Allahın seçilmiş qullarına qismət olan şərəfli bir məqamdır. Allah bu şərəfli məqamı Hz.İbrahimə bir imtahandan sonra nəsib etmişdir. Quranda Allah Hz.İbrahimə peyğəmbərlik vəzifəsini verməzdən əvvəl onu imtahana çəkdiyini belə bildirir:

 

"Jadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, tamamilə yerinə yetirdi. "Səni insanlara imam təyin edəcəyəm" - dedi. (İbrahim isə:) "Nəslimdən necə?" - deyə soruşdu. "(Sənin nəslindən olan) zalimlər mənim əhdimə nail olmazlar" - buyurdu" ("Bəqərə" surəsi, 124).

 

Ayədə də bildirildiyi kimi, Hz.İbrahim Allahın bu imtahanı qarşısında çox itaətkar davranmış və Rəbbimizin əmrlərini tam şəkildə yerinə yetirmişdir. Bütün möminlər də eynilə Hz.İbrahim kimi Allahın əmrlərini qüsursuz şəkildə yerinə yetirməyə məsuldur. Hz.İbrahimin Allaha olan qeyd-şərtsiz itaəti, Onun əmrlərinə boyun əyməsi hamımız üçün çox gözəl bir nümunədir.

 

Hz.İbrahim Allahın gənc yaşlarda ("Ənbiya" surəsi, 60) elçiliklə şərəfləndirdiyi, üstün cəhətlərə sahib olan bir quludur. Allah Hz.İbrahimi şirk içində olan qövmünün içindən seçib Öz dinini təbliğ etmək vəzifəsini ona nəsib etmişdir. Allah Quranda Hz.İbrahimə vəhy etdiklərini bizə bu ayə ilə bildirir:

 

"Joxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik" ("Nisa" surəsi, 54).

 

Juxarıda göstərilən ayədə İbrahim ailəsinə, yəni Hz.İbrahimə və soyuna "Kitab və hikmət" verildiyi bildirilir. Rəbbimiz Hz.İbrahimə "səhifələr" verdiyini digər ayələrdə bu şəkildə xəbər verir:

 

"Halbuki axirət daha xeyirli və daha baqidir. Həqiqətən, bu deyilənlər əvvəlki kitablarda mövcuddur - İbrahimin və Musanın kitablarında!" ("Əla" surəsi, 17-19).

 

"Joxsa ona Musanın səhifələrində olanlar xəbər verilmədi?! Və çox vəfalı olan İbrahimin (sühüfündəkilər bildirilmədi?!)" ("Nəcm" surəsi, 36-37).

 

Bu da onu göstərir ki, Allah Hz.Musaya Tövratın vəhyindən də əvvəl Hz.İbrahimə "səhifələr" nazil etmişdir. Bu səhifələrdə Hz.İbrahimin Allaha təslimiyyətə istinad edən hənif dini var. Peyğəmbər əfəndimiz (s.ə.v.) də bu məsələ ilə bağlı bu şəkildə buyurur:

 

"Ey Allahın Rəsulu, Hz.İbrahim və Hz.Musanın səhifələrində onlardan hər hansı bir şey sizə endirildimi" deyə soruşdum, bu cavabı verdi:

 

- Ey Əbu Zərr! (Bəli, bu mənadakı ayələr nazil oldu deyib oxudu:) "Şübhəsiz ki, yaxşı təmizlənən və Rəbbinin adını zikr edib də namaz qılan kimsə umduğuna çatmışdır. Bəlkə siz dünya həyatını üstün tutarsınız. Halbuki axirət daha xeyirli, daha davamlıdır. Şübhəsiz ki, bunlar əvvəlki səhifələrdə, İbrahimlə Musanın səhifələrində də vardır".1

 
 

    

01- Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, A'la Suresi, 860

1 / total 8
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top