20 SUALDA TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ÇÖKMƏSİ

KİTABI ENDİRİN

Download (DOC)
Online Oku
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
1 / total: 5

20 SUALDA
TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ÇÖKMƏSİ

 


GİRİŞ

Təkamül nəzəriyyəsi 150 ildən bəri gündəmdədir və bütün dünyada insanların düşüncə tərzinə dərindən təsir edir. Nəzəriyyə onlara bu dünyaya təsadüflər nəticəsində gəlmiş bir “heyvan növü” olduqlarını təlqin edir. Habelə, həyatın yeganə qanununun həyat uğrunda mübarizə olduğunu qəbul etdirir. Bu təlqinlərin təsirləri XIX və XX əsrlərdə açıq şəkildə görünür: insanlar getdikcə daha çox eqoistləşir, totalitar və qanlı ideologiyalar meydana gəlir, dinsizləşən insanlar sosial və fərdi böhran keçirirlər…

Təkamül nəzəriyyəsinin bu sosial nəticələrini digər kitablarımızda təhlil etmişik (bax: Harun Yahya, Darwinizmin İnsanlığa Getirdiği Belalar, Komünizm Pusuda, Darwinizmin Karanlık Büyüsü, Darwinizm Dini ve Darwin’in Türk Düşmanlığı, Vural Yayıncılık). “Elmilik” iddiasında olan bu nəzəriyyənin əslində elmi əsası omadığını, kor-koranə müdafiə edilən ssenari və xürafatlardan ibarət olduğunu da digər bir çox əsərimizdə açıqlamışıq.

Təkamül nəzəriyyəsinin əsl simasını öyrənmək və 150 ildən bəri dünyada sistemli şəkildə şiddəti, vəhşiliyi, zülmü, qarşıdurmanı qızışdıran “düşüncə tərzini” tanımaq istəyənlər mütləq bu əsərləri oxumalıdırlar.

Bu kitabda isə təkamül nəzəriyyəsinin elmi əsasa malik olmadığını daha ümumi şəkildə təhlil edəcəyik. Cəmiyyətdə hər kəsi maraqlandıran və cavabları tam mənada bilinməyən suallar ilə təkamülçülərin bu mövzudakı iddialarını cavablandıracağıq. Burada verdiyimiz cavabların daha ətraflı açıqlamalarını “Evrim Aldatmacası”, “Həyatın əsl mənşəyi”, “Evrimcilerin Yanılgıları”, “Evrimcilere “Net Cevap” kimi kitablarımızda tapa bilərsiniz.

 
     

 

© 2011 Harun Yəhya. www.harunyahya.az
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsəniz.
1 / total 5
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top