< <
1 / total: 11

Hz. MEHDİ (r.ə.) Hz. İbrahimin nəslindəndir


ÖNSÖZ:
Müsəlmanların Tövrat və İncilə Baxışlarıyla Əlaqədar Əhəmiyyətli Şərhlər

Allah Quranda Müsəlmanların Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.)ə və ondan əvvəl göndərilmiş olan bütün peyğəmbərlərə və bu peyğəmbərlərə endirilənlərə iman etdiklərini bildirməkdədir. Bəqərə surəsinin 4-cü ayəsində Rəbbimiz Müsəlmanlar üçün; “O kəslərki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar” buyurmaqdadır.

Quranda bildirildiyi kimi İncil, Tövrat, Zəbur və Hz. İbrahimin səhifələri keçmişdə yaşamış peyğəmbərlərə endirilmiş olan kitablardır. Bu kitabların bir qismi yox olmuş, bir qismi də dəyişdirilmişdir. Lakin buna baxmayaraq içlərində, haqq dinə aid bir çox doğru izah da vardır. Müsəlmanlar, bu kitabları Qurana və sünnəyə görə qiymətləndirib, ayələrə və hədislərə uyğun olan izahların doğru olduğuna hüsnü zənn edərlər. Bu səbəbdən, Qurana uyğun, sünnəyə uyğun Tövrat və İncil izahları Müsəlmanların istifadə  edə biləcəkləri izahlardır. Ancaq bunların təməli Quran ayələrinə və hədislərə uyğun olmalıdır.

Allah bu kitabların, göndərdikləri dövrdə insanlar üçün yol göstərici olduqlarını bildirmişdir. Ayələrdə belə buyrulmaqdadır:

Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi.

Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir! ( Əl-İmran Surəsi, 3-4)

Bir başqa ayədə Tövrat üçün belə bildirilməkdədir:

Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! (Maidə Surəsi: 44)

Oxumaqda olduğunuz bu kitabda da, Tövrat və İncildə iştirak edən axır zaman əlamətləri araşdırılarkən söz mövzusu pozulmuş, dəyişdirilmiş qisimlər ələ alınmamış, yalnız Qurana və Peyğəmbərimiz (s.ə.s.)in hədislərinə uyğun izahlar istifadə edilmişdir.


GİRİŞ:

İçində Yaşadığımız Axır Zaman və Mehdi (r.ə.) Müjdəsi

Axır zaman, dünyanın son dövürlərini ifadə edən bir sözdür. İslam əqidəsinə görə, qiyamətdən əvvəlki bu son dövürdə insanlıq əvvəl böyük bir pozulma ilə qarşı qarşıya qalacaq. Haqsızlığın, zülmün, acılğın və yoxsulluğun, əxlaqi çöküntünün, döyüşlərin və qarşıdurmaların, qarışıqlıq və anarxiyanın artdığı bu qaranlıq dövr, insanların din əxlaqına yönəlmələriylə sona çatacaq. Yoxsulluğun yerini bolluq, haqsızlığın və zülmün yerini ədalət və anlayış, anarxiya və qarışıqlığın yerini sülh və etibar alacaq; dünya tarixdə heç olmadığı qədər gözəllik və bərəkət içində olacaq. Allah, dünyanın işıqlığa və bərəkətə çatması üçün, Hz. İsanın yenidən dünyaya gəlişini və “Mehdi” sifətini daşıyan müqəddəs bir şəxsi vasitə edəcək. Bütün bunlar, bizə Peyğəmbər Əfəndimiz (s.ə.s.) tərəfindən müjdələnilən, Quranda da işarə edilən çox qiymətli müjdələrdir.

Axır zamanın əlamətlərinin nələr olduğunu, bu dövrdə gələcək olan Hz. Mehdinin xüsusiyyətlərini, Hz. Mehdi gəldikdən sonra dünyada nələr olacağını və Hz. İsanın dünyaya gəlişini daha əvvəl nəşr etmiş olduğumuz kitablarımızda ətraflı olaraq ələ almışdıq. ( Ətraflı məlumat üçün baxın Hz. Mehdinin Çıxış Əlamətləri və Xüsusiyyətləri, Mehdi və Qızıləsr, Peyğəmbərimiz (s.ə.s.)in Dilindən Hz. Mehdi, Qiyamət Əlamətləri, Qızıləsr, Axır Zaman və Dabbətul Ərz, Hz. İsanın Əlamətləri, Axır Zamanı Bədiüzaman ilə Anlamaq, Harun Yəhya) Bu kitabımızda isə, Tövrat, İncil və Qurani Kərimdə iştirak edən Hz. Mehdinin çıxış dövrü olan axır zaman əlamətlərinə yer verəcəyik. Ayrıca Yəhudilərin “Olam Ha-Ba” (Gözlənilən Dünya), İsəvilərin “Milenyum” (Min İl) olaraq ifadə etdikləri, Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.)in isə “Qızıləsr” olaraq adlandırdığı, din əxlaqının hakimiyyət dövrünün xüsusiyyətlərini araşdıracağıq.

Yəhudi qaynaqlarda təsvir edilən, gərək axır zamanda Hz. Mehdinin çıxacağı dövrün əlamətləri, gərəksə Hz. Mehdinin hakimiyyətindəki Qızıləsr dövrü, İslami qaynaqlarda iştirak edən təsvirlərlə böyük bir bənzərlik daşımaqdadır. Hər iki dində də, insanların din əxlaqından uzaqlaşacaqları; bu səbəblə bir çox çətinlik ilə qarşılaşacaqları; çətin bir dövrün arxasından, gözəl və işıqlı bir dövrün başlayacağı ifadə edilməkdədir. Eyni şəkildə, İncildə izah edilən axır zaman əlamətləri və din əxlaqının hakim olacağı dövrlə əlaqədar şərhlərdən əhəmiyyətli bir qismi, İslami qaynaqlarla uyğunlaşır.

Bu kitabda Quran ayələri, Peyğəmbər Əfəndimiz (s.ə.s.)in hədisləri və İslam alimlərinin şərhlərinə əlavə olaraq, Tövrat və İncildən hissələrə yer verərək; Hz. Mehdinin çıxışından əvvəlki dövrün əlamətlərinin, günümüzün şərtlərini nə qədər əks etdirdiyinə birlikdə şahid olacağıq.

Ayrıca kitabda, Tövratda bəhsi keçən və hakimiyyət vəd edilən İsrailoğulları qövmünün, əslində Mehdi camaatı olduğu açıqlanmaqda; Mehdi camaatını əsl təyin edəcək olanın hansı nəsildən gəldiyini deyil, səmimi iman olduğu vurğulanmaqdadır. Mehdi (r.ə.) və camaatı, Allah üçün etdikləri fəaliyyətlərdəki  müvəffəqiyyətləri ilə tanınacaq. Allah dinini hakim etmək üçün qədərdə kimi vəsilə etsə, bu sifətə vəqf olacaq olanlar da onlar olacaq.

Əsil din əxlaqının bütün dünyaya hakim olması və bu sayədə insanların hər cür maddi mənəvi çətinlikdən xilas olmaları, bütün iman edənlərin arzusudur. Mehdi (r.ə.)ın çıxışı əvvəlindəki əlamətlərdə görüləcəyi kimi, yaşanılan bir çox hadisə, əsirlərdir gözlənilən bu mübarək dövrün yaşanmağa başladığını göstərməkdədir. Bütün möminlər kimi bizim də duamız, Allahın bizlərə din əxlaqının dünyaya yayılması üçün icra ediləcək fikri mübarizədə iştirak etmə imkanı verməsi və bizləri də bu müqəddəs dövrə şahid etməsidir.

 

Mehdi (r.ə.)in Çıxışı Bütün Müqəddəs Kitablarda Müjdələnilməkdədir

Dünyanın sonundan əvvəlki dövr yəni “axır zaman”, Allahın bütün müqəddəs kitablarında bildirdiyi bir neçə əlamətlər ehtiva etməkdədir. Fitnə və qarışıqlığın ən şiddətli şəkildə yaşandığı, din əxlaqından uzaqlaşıldığı və qarışıq həyatın irəli səviyyələrə çatdığı bu xüsusi dövrdə, Rəbbimiz “hidayət verici” sifətiylə Hz. Mehdini göndərəcək. Alalhın bu əhəmiyyətli vəzifə üçün göndərdiyi Hz. Mehdi, imanındakı səmimiyyət, güclü Allah sevgisi və qorxusu ilə bütün dünyanın hidayətinə vəsilə olacaq. Allahın istəməsiylə Hz. Mehdi, qədərində yazılı olan bu üstün vəzifədə mütləq  müvəffəqiyyətli olacaq və din əxlaqını bütün dünyada hakim edəcək.

Bu səbəblə Hz. Mehdinin zühuru, dünya tarixinin ən böyük hadisəsidir və bu böyük hadisəyə bütün  müqəddəs kitablarda işarə edilməkdədir. Hz. Mehdinin gəlişi, yalnız Peyğəmbər Əfəndimiz (s.ə.s.) zamanından bəri deyil; minlərlə ildən bəri bilinən və gözlənilən bir müjdədir. Peyğəmbərimiz (s.ə.s.)in hədislərində, Hz. Mehdinin zühurunun, bütün Allahın vəhyi olan kitablarda xəbər verildiyi bildirilməkdədir:

Naim buyurdu ki: Mən Hz. Mehdini (r.ə.)i Peyğəmbərlərin suhufunda (səhifələrdə; Adəm, Şit, İdris və İbrahim peyğəmbərlərə endirilən səhifə şəklindəki kitablarda) belə taparam: “ Hz. Mehdi (r.ə.)in əməlində nə zülm nə də ayıb yoxdur.” (Kitabul Burhan Fi Əlamət- əl Mehdiyy-il Axır Zaman, s. 21)

Peyğəmbərlərə dair olan kitablarda, “Hz. Mehdi (r.ə.)in işi zülm və pislik deyil” şəklində işarə edilmişdir. (əl- Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, s. 49)

İbni Münavi deyir ki: “ Danyal (r.ə.)in kitabında belə yazılıdır.” Hz. Mehdi (r.ə.) çıxacaq və Allahu Təala daha əvvəl fəsada düçar olanları və iman əhlini onunla qurtaracaq. Sünnələr onunla canlandırılacaq. (Bu hədis Kitab-ul Burhan Fi Əlamət- əl Mehdiyy-il Axır Zaman adlı kitabın Süleymaniyyə Kitab-xanasında olan əl yazılı bir nüsxəsində mövcuddur.)

Bu hədislərdən aydın olur ki; Mehdi mövzusu, bütün haqq dinlərin kitablarında iştirak etmişdir. Tövrat və İncildə də, Hz. Mehdinin gələcəyi, xüsusiyyətlərinin nə olacağı, fəaliyyətləri və vəsiləsiylə reallaşacaq din əxlaqının hakimiyyət dövrü, minlərlə il əvvəldən bildirilmişdir. Hər nə qədər indiki vaxtda təhrif olunmuş halları olsa da, Tövrat və İncilin pozulmadan qaldığına gözəl  zənn etdiyimiz, Quran ayələri və Peyğəmbərimiz (s.ə.s.)in hədisləri ilə uyğun gəldiyini görürük.

Allahın vəhyi kitablarda, minlərlə il əvvəldən Hz. Mehdinin çıxışı ilə əlaqədar təriflərin olması, bu hadisənin çox əhəmiyyətli olduğunun bir başqa dəlilidir. Axır Zamanda, qiyamətə yaxın bu dövrdə, Allhın son xəbərləyicisi və müjdə verici olaraq göndərdiyi elçisi Hz. Mehdinin xüsusiyyətlərini və fəaliyyətlərini bilmək son dərəcə əhəmiyyətlidir. Ayrıca bu həyati mövzudan hər kəsi xəbərdar etmək və bu mübarək şəxsin mənən dəstəkçisi olmaq, bütün iman edənlərin üstünə  düşən əhəmiyyətli bir məsuliyyətdir.

 

Hz. İbrahimin Hənif Dininə Uyğun gəlmək

Müsəlmanlar və Kitab Əhli –Yəhudilər və Xristianlar- fərqli şəriətlərə malikdir. Ancaq gərək Yəhudi və Xristianlardan gərəksə Müsəlmanlardan səmimi olaraq iman edənlər, eyni təməl dəyərlərə görə yaşayarlar: Allaha qəti məlumatla iman etmək; Allaha heç bir şeyi şirk qoşmamaq; Allahın razılığı, rəhməti və cənnəti üçün yaşamaq. Bütün cəmiyyətlər Allahın özlərinə əmr etdiklərini əksiksiz olaraq yerinə yetirməklə və Allah rızası üçün Rəbbimizə könüldən təslim olub xeyr işlərində yarışmaqla məsuldurlar. Allahın varlığına və birliyinə inanan, qəti axirətə iman edən və saleh əməllərdə olan hər üç İlahi dinin mənsubları da, əslində Rəbbimizin Hz. İbrahimə endirmiş olduğu haqq dinə uyğun gəlməkdədirlər.

Hz. İbrahim, Allahın özünü dost əldə etdiyi mübarək və seçmə peyğəmbərlərdən biridir. Göndərildiyi cəmiyyəti, Allaha şirkdən imtina edərək, Bir və Tək olan Rəbbimizə iman etməyə dəvət etmiş; səmimiyyət və gözəl əxlaqı il bütün iman edənlərə nümunə olmuş, saleh bir quldur. Quranda Allah iman edənlərə, Hz. İbrahim kimi könüldən təslim olub yalnız Özünə iman etmələrini bildirmişdir:

Yaxşı əməl sahibi olun ozünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur! (Nisa Surəsi, 125)

Quranda Hz. İbrahimin dininin “hənif” bir din olduğu bildirilməkdədir. Hənif sözü, “Allahın əmrinə təslim olub, Allahın dinindən heç bir mövzuda dönməyən, ixlaslı adam” mənasındadır. Bir ayədə Rəbbimiz, Peyğəmbər Əfəndimiz Hz. Məhəmməd (s.ə.s.)ə, Hz. İbrahimin hənif dininə uyğun gəlməsini belə bildirmişdir:

Sonra (Ya Rəsulum!) sənə: "Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!" - deyə vəhy etdik. (Nəhl Surəsi, 123)

Hz. İbrahimdən sonar gələn oğulları, nəvələri və onun nəslindən olan digər saleh möminlər, Allahın Hz. Ibrahimə vəhy etdiyi haqq dinə uyğun yaşamışlar. Bu həqiqət Quran ayələrində bu şəkildə bildirilməkdədir:

130. (Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmə üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.

131. Rəbbi İbrahimə : "(Əmrimə) təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!" - deyə cavab vermişdi.

132. İbrahim və (sonra da) Yəqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi) : "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!"

133. (Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)!"- dedilər.  (Bəqərə Surəsi, 130-133)

Yuxarıdakı ayələrdən də aydın olduğu kimi “Müsəlman” söz olaraq “Allaha təslim olan adam” mənasındadır. Hz. İbrahimin “hənif” dini, Allaha təslim olan Yəhudilər, Xristianlar və Müsəlmanlar arasında ortaq bir sözdür. Hz. İbrahimə iman, ona duyulan sevgi və hörmət, Yəhudilər və Xristianlar üçün olduğu kimi, Müsəlmanlar üçün də son dərəcə əhəmiyyətlidir. Ancaq unutmamaq lazımdır ki, Allaha olan coşqulu imanı, dərin sevgisi, Rəbbimizin bütün əmirlərinə könüldən boyun əyişi, itaəti və üstün əxlaqı ilə bütün inananlara nümunə olmuş olan Hz. İbrahimə ən yaxın olanlar, heç şübhəsiz, ona və təbliğ etdiyi əxlaqa tabe olanlardır. Rəbbimiz Quranda belə buyurmaqdadır:

Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur! (Al-İmran Surəsi, 68)

Bu səbəbdən Allaha könüldən iman edən Yəhudi və Xristianların, Hz. İbrahim və ona tabe olan saleh möminlər kimi, yalnız Allaha yönəlib dönmələri; Hz. İbrahimin göstərdiyi gözəl əxlaqı, səmimiyyəti və dərinliyi nümunə götürmələri lazımdır. Şübhəsiz inananların peyğəmbərə olan sevgilərini, itaətlərini və yaxınlıqlarını göstərmələrinin ən gözəl yollarından biri, onlar kimi saleh olmaq üçün səy göstərməkdir. Müsəlmanlar isə, Rəbbimizin Quranda əmr etdiyi kimi, bütün peyğəmbərlərə endirilənlərə aralarında heç bir ayrı seçkilik etmədən iman etməkdədirlər.

(Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: "Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!" (Bəqərə Surəsi, 136)

Ayrıca bunu da xatırlatmaq lazımdır ki, tarix boyunca bütün peyğəmbərlər Allah qatında haqq din olan tək bir din əxlaqını insanlara təbliğ etmişlər. Hz. İbrahim, Hz. Yaqub, Hz. Yusif, Hz. Musa, Hz. İsa, Hz. Nuh, Hz. Şüeyb və digər peyğəmbərlərin hamısı, insanları bir və tək olan Allaha şəriksiz olaraq iman etməyə, yalnız Onun razılığı üçün yaşamağa və Onun əmrlərini yerinə yetirməyə dəvət etmişlər. Bir ayədə belə deyilir:

(Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər! (Şura Surəsi, 13)

Görüldüyü kimi, Yəhudilərə və Xristianlara –bəzi hökm fərqləri olmaqla birlikdə- endirilən din özündə eynidir. Hər üç dinin mənsubları da, əslində Hz. İbrahimin nəvələridir. Yəhudi və Xristianlar da eyni ilə Müsəlmanlar kimi, heç şirk qoşmadan Hz. İbrahimin hənif (Tövhid: tək bir Allaha inanıb yalnız Ona qulluq etmək) olan dininə uyğun gəlməklə öhdəçilik-lidirlər. Bir Quran ayəsində Rəbbimiz, bütün iman edənlərə Hz. İbrahimin dininə uyğun gəlməklə öhdəçilikli olduqlarını belə bildirməkdədir:

(Yəhudilər və xaçpərəstlər müsəlmanlara: ) "Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!" - deyirlər. (Ya Rəsulum!) Sən de: "Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi. (Bəqərə Surəsi, 135)

Yəhudi və Xristianların müqəddəs kitablarında iştirak edən bir çox ifadə, əmr və əxlaqi öhdəçiliklərin Qurani Kərim ilə son dərəcə eyni olması da əhəmiyyətli bir işarədir. (Əlavə məlumat üçün baxın. Gəlin Birlik Olaq, Harun Yəhya)

Axır Zamanda Dünyaya Din Əxlaqı Hakim Olacaq

Allah Quranda haqq din olan İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, inanan qullarına güc və iqtidar verəcəyini vəd etmişdir. Allahın icazəsiylə gerçəkləşəcək olan bu vəd, Quranda belə bildirilməkdədir:

Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur Surəsi, 55)

8. Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.

9. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur! (Saf Surəsi, 8-9)

32. Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər.

33. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!  (Tövbə Surəsi, 32-33)

Quranda bildirildiyi kimi, İslam əxlaqının hakimiyyəti Allahın bir vədidir. Rəbbimiz bu vədini şübhəsiz yerinə yetirəcək. Dünyaya hakim olacağı bildirilən din əxlaqı, Rəbbimizin qatında haqq olan din əxlaqı olacaq. Bu dinin Hz. İbrahimin hənif olan dini, yəni İslam əxlaqı olduğu isə, son haqq kitab olan Quranda bu şəkildə bildirilmişdir:

Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən itilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir. (Al-İmran Surəsi, 19)

Ayrıca Quranda, mömin camaatların önlərində, mütləq bir lider olduğu da bildirilməkdədir. İçində olduğumuz bu dövrdə -axır zamanda- isə, Peyğəmbərimiz (s.ə.s.)in mütəvatir hədislərində bildirildiyi kimi, İslam əxlaqının hakimiyyətində möminlərin lideri, “Hz. Mehdi” olacaq.

Bir çox hədisdə, Hz. Mehdinin adının Peyğəmbərimiz (s.ə.s.)in adına “müvafiq” yəni “uyğun” olacağı da bildirilməkdədir. Bu hədislərdən bəziləri belədir:

Ey insanlar, şübhəsiz Allahu Təala sizə zalımları, münafiqləri və onlara tabe olanları əməllərindən daşınmağa çağırmış və sizə ümməti Məhəmmədin ən xeyirlisi olan və Məkkədə olan, adı Əhməd, atasının adı Abdullah olan Hz. Mehdini rəhbər etmişdir. Ona tabe olun. (əl-Kavlul Müxtəsər Fi Alamətil Mehdiyy-il Muntazar, s. 31)

Göydən belə bir səs eşidiləcək: “Ey insanlar artıq Allah cabbarları, münafiq və köməkçilərini sizdən uzaqlaşdırdı. Ümməti Məhəmmədin ən xeyirlisini sizə hakim gətirdi. Məkkədə ona qoşulun, O Mehdidir. Adı da Əhməd b. Abdullahdır. Digər bir rəvayət: “Sizə Məhəmməd Ümmətinin ən xeyirlisi olan Cabiri təyin etdi. Məkkədə ona qoşulun O Mehdidir. Adı Məhəmməd b. Abdullahdır!” (Qiyamət Əlamətləri, Mədinəli Allamə Məhəmməd b. Rəsul əl-Hüseyn əl Bərzənci, Pambıq Nəşriyyat, 8. nəşr, s. 165)

Peyğəmbərimiz (s.ə.s.)in adı olan “Məhəmməd” və hədislərdə Mehdiyə işarə edən “Əhməd” adları, Ərəbcədə eyni kökdən gəlməkdədir: “Əhməd” daha çox təriflənməyə layiq,  ən çox mədh edilmiş olan mənasını verərkən; “Məhəmməd” bir çox, təkrar təkrar təriflənmiş, mədh edilmiş təcüməsində bir addır. Bu səbəbdən məna olaraq –hədislərdə ifadə edildiyi kimi- bir-birlərinə “müvafiq” yəni “uyğun”dur. Mövzuyla əlaqədar işarə mənada bir ayədə isə belə bildirilməkdədir:

“... məndən sonra adı Əhməd olan bir elçinin də müjdələyicisiyəm” demişdi... (Saff Surəsi, 6)

Yəhudi qaynaqlarında isə hakimiyyəti təmin edəcək bu şəxsə, “Məsih” (ya da Müqəddəs hesab edilmiş Kral) deyilməkdədir. Ancaq əsl əhəmiyyətli olan, bu şəxsə nə ad verildiyi deyil. Bu mübarək adam fərqli şəkillərdə də adlandırıla bilər. Qəti olan, Allahın “İslam əxlaqının hakimiyyəti” vədinin gerçəkləşəcəyi və bu hadisəyə vəsilə olacaq xalis möminlərdən bir birlik və onlara başçılıq edəcək mübarək bir şəxsin var olacağıdır.

Yəhudilərin “Məsih”, Müsəlmanların “Mehdi” Sifətiylə Gözlədikləri, Eyni Mübarək Şəxsdir

İlahi dinlərdə “gözlənilən qurtarıcı” olaraq da ifadə edilən “Məsih” termini, Müsəlmanlarda “Mehdi” inancının təzahürüdür. İslamdakı “Mehdiyyət”, Yəhudilərin müqəddəs edilən qaynaqlarında “Məsih” olaraq keçər. Ancaq Xristianların “Məsih” olaraq dünyaya ikinici gəlişini gözlədikləri Hz. İsa, “Mehdi (r.ə.)” deyil. Müsəlmanlar da Hz. İsanın axır zamanda yenidən dünyaya gələcəyinə inanmaqdadırlar; ancaq Hz. İsa gəldiyində Mehdi (r.ə.)a tabe olacaq, Allahın icazəsiylə yeganə haqq din olan İslam əxlaqının dünyaya hakim olmasına, bu iki mübarək insan birlikdə vəsilə olacaqlar.

Peyğəmbərimiz (s.ə.s.)dən köçürülən səhih rəvayətlərə görə “Hz. İsa namazını Hz. Mehdinin arxasında qılacaq.” Bu rəvayət digər hədislərdə belə xəbər verilməkdədir:

Hz. İsa səmadan nüzul edəcək və onun əmrliyini qəbul edəcək. Hz. İsaya “Bizə namaz qıldır” deyiləcək, ancaq o, “Əmr sizin içinizdədir” qarşılığını verərək, “Bu Allahın ümməti Məhəmmədə bir hədiyyəsidir.” deyəcək. (Əl Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, sf. 24)

Hz. Mehdi möminlərlə birlikdə Beytul Makdisdə səhər namazı qılarkən, o vaxt nüzul edən Hz. İsanı təqdim edəcək və Hz. İsa əllərini onun çiyninə qoyaraq, “Namazın iqaməsi (namaz üçün səslənilməsi) sənin üçün gətirildi, buna görə sən qıldır namazı” deyəcək və nəhayət Hz. Mehdi, Hz. İsa və möminlərə imam olaraq namazı qıldıracaq. (Əl Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, sf. 25)

Peyğəmbərimiz (s.ə.s.)in səhih hədislərində, Hz. İsa və Hz. Mehdinin eyni dövrdə ortaya çıxacaqları və İslam əxlaqını bütün dünyada yayma məqsədiylə birlikdə mübarizə edəcəkləri bildirilmişdir. Bir çox səhih hədisdə iştirak edən bu məlumatlar, Hz. İsa ilə Hz. Mehdinin ortaya çıxdıqları dövrdə bir yerdə olacaqları və qarşılıqlı dialoq içərisində olacaqlarını göstərməkdədir.

Yəhudilərin gözlədikləri Məsih isə, əslində Mehdi (r.ə.)dır. Yəhudi mətnlərində Məsih termini bütün krallar, yüksək rahiblər, bəzi döyüşçülər üçün də istifadə edilmişdir. Bu səbəbdən “Məsih” anlayışı Yəhudilikdə, “Allaha xidmətlə vəzifəli, Ona yaxın” kəsləri xarakterizə edən bir sifət olaraq istifadə edilməkdədir. Ancaq Yəhudilərin indiki vaxtda gözlədikləri Məsih, Allah tərəfindən axır zamanda dünyaya göndəriləcək və dünyanı hakimiyyəti altına alaraq, insanları Allaha, Onun doğru yoluna yönəldəcək bir elçi, bir dini liderdir; ki bu tərif də Müsəlmanlıqdakı Mehdi (r.ə.)a aiddir.

Ayrıca Tövrata və Yəhudilərin digər müqəddəs qaynaqlarına baxıldığında, “Məsih” olaraq izah edilən adamın Mehdi (r.ə.)in xüsusiyyətlərinə sahib olduğu, fəaliyyətlərinin və dünyada vəsilə olacaqları dəyişikliklərin də eyni olduğu görülməkdədir. Bu səbəbdən Yəhudilərin axır zamanda gözlədikləri Məsih, Mehdi (r.ə.)dır.

Peyğəmbərimiz (s.ə.s.)in hədislərində, Hz. Mehdinin peyğəmbər nəsli olan İsrailoğullarına bənzədilməsi, bu baxımdan mənalıdır. Söz mövzusu hədislərdən bir qismi belədir:

Hz. Mehdinin boyu, forması sanki görnüşündədir. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 36-29)

Cismi, İsrail cismidir. (Kitabul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 24)

Mehdi sanki İsrailoğullarından bir adamdır. (Rəftarı onlara bənzər yəni heybətli və ağıllı) (Kitabul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 23-30)

Hz. Mehdinin bədəni İsrailidir. (İbn Həcər Əl Məkki)

Cismi, İsrail bünyəsi kimidir. (Məriy b. Yusif b. Əbu Bəkir b. Əhməd b.

(Xarici görnüşü) sanki İsrailoğullarından bir insana bənzəməkdədir. (Ukaylı “ən-Nəcmus sakıb fi Bəyan Ənnəl Mehdi bin Əli b. Əbu Talib vəl kamal”)

Sanki o, İsrailoğullarından bir adam kimidir. (Nuaym b. Hammad, vr. 52a; Məriy b. Yusif b. Əbu Bəkir b. Əhməd b. Yusif əl-Makdisi “Fəvaidu Fəvaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)

Quranda Allah, Hz. İbrahimi və onun nəslindən gələnləri seçdiyini və onları mübarək etdiyini bildirməkdədir. (Bəqərə Surəsi, 130; Al-İmran Surəsi, 33) Bu məlumat, Yəhudilərin müqəddəs kitabı Tövratda da iştirak etməkdədir. (Yaradılış, 22:17; 12:2)
 
  

 

© 2011 Harun Yəhya. www.harunyahya.az

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsəniz.

1 / total 11
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top